Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda İngilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur”

“Azərbaycan iqtisadi inkişaf və beyəlxalq əməkdaşlığın yeni sahələrinin stimullaşdırılması üzərində işləyir. Lakin bununla yanaşı, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir”...

Bunu Kolumbiya Universitetinin professoru Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransının iştirakçılarına müraciətində bildirib. Onun sözlərinə görə, Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur:

“Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər. Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcəkdir.

Azərbaycanın inkişaf yolu təhsildə ruhlandırıcı və transformasiyalı tarixçələrin mövcud olduğunu bizə öyrədir. Lakin müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçüləbilən nəticələr verə bilər. Azərbaycanın standartlaşdırılmış test təcrübələrinin transformasiyasında əldə etdiyi uğurun şahidi olduqca ümid edirəm ki, Azərbaycan millətin təhsili və iqtisadiyyat arasında daha geniş əlaqəni uğurla inkişaf etdirəcək”. (apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Ən çox oxunanalar