Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir? - Foto

NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın olaraq tarixə düşən Ləman Bozqurdun əzmi və mübarizəsi bir çox insanlara da örnəkdir...

PİA.az musavat.com-a istinadən bildirir ki, Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından pilot olmağa həvəsli olan bu qız xəyalına qovuşmaq üçün böyük addımlar atıb. O, "Türkkuşu İnönü Təsisləri"ndə təlimlərdən keçib. Leman Bozkurt bu təlimlərlə yetinməyib daha da irəli getməyə qərar vermişdi.

Ləman Bozqurd 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinə qadınların da qəbul edilməsi qərarından faydalandı. O, 1955-ci ildə İzmir Hava Qüvvələri Akademiyasına müraciət etdi. 1957-ci ilin avqust ayında akademiyadan məzun oldu. Ləman Bozqurd məzun olmasını dostları ilə əylənərək qeyd edəndə NATO hələ 5 yaşında idi.

Ləman Bozqurd daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv uçaq pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılıb və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayıb. 1958-ci ilin noyabr ayından etibarən reaktiv uçaq pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçuşlar həyata keçirib.

Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışıb. Personal-plan şöbə müdiri və Mərkəzi şöbə müdiri olaraq müxtəlif vəzifələr yerinə yetirən Ləman Bozqurd polkovnik rütbəsində təqaüdə çıxıb. Ay-ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv uçaq pilotu Ləman Bozqurd eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca tək qadın reaktiv uçaq pilotu olub.

Onun həyatında verdiyi qərarlar arasında ən maraqlı məqamlardan biri də təyin edildiyi vəzifədən imtina etməsidir. Ləman Bozqurd "Jet Təhsil Heyəti"nə müəllim olaraq təyin olunsa da, o, buna etiraz edərək göylərdə uçmaq istədiyini bildirib.

O, bunun səbəbini bu cür izah edib: "Ömrümün sonuna qədər uçaraq vəzifədə olmaq istəyirəm. Yerdə oturmaq mənlik deyil. Bu imkanlardan məni məhrum etməməsi üçün hər zaman Tanrıya dua edirəm".

Ləman Bozqurd 4 may 2001-ci ildə Türkiyənin İzmir şəhərində vəfat edib.

pia.az


Etiket: Ləman Bozqurd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Ən çox oxunanalar