Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılov erməni əsilli məşhur müğənniyə külli miqdarda pul xərcləyib

Azərbaycanlı milyarder Telman İsmayılovun Rusiya şou-biznesində parlamasına yaxından kömək etdiyi Avraam Russonun erməni milliyətindən olduğu üzə çıxıb

Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçi barədə onu "raskrutka" edən İsoif Prixoji danışıb.

“Bu gün Avraam Russo onun kim olduğu, həqiqi soyadını və hansı millətə sahib olduğunu deməz. Əgər mən və Telman olmasaydı, Avraam Russo kim idi ki?! O, Suriyanın Hələb şəhərindən olan bir ermənidir. Adı Abraxam Janoviç İpcandır. Telman onu Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib".

O, əlavə edib ki, Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. “Telman İsmayılov onun kliplərinə ağlagəlməz miqdarda pullar xərclədi. Qısa müdətdə onu Rusiya şou-biznesinə təqdim etdi. Onun konsertlərində Rusiyanın mədəniyyət, incəsənət, siyasi elitasının nümayəndələrinin iştirakını təmin etdi. Konsertlərinə xeyli vəsait xərclədi”.

Onu da qeyd edək ki, özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, Telmandan üz döndərdi və dönük çıxdı. O, Telmanı ittiham edərək, qul kim istifadə etməkdə təqsirləndirdi. Avraam Russo 1969-cu ildə Hələbdə dünyaya gəlib. 16 yaşından etibarən kafe və restoranlarda oxumağa başlayıb.

Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar. (ölkə.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Ən çox oxunanalar