Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqası: “Qarabağ”–“Sevilya” oyununa 20 min bilet satılıb

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” klubunun Bakıda İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəyi oyuna indiyədək 20 mindən çox bilet satılıb...

Bu barədə jurnalistlərə “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

O bildirib ki, oyunla əlaqədar 30 min bilet satışa çıxarılıb. Ən ucuz biletin qiyməti 3 manatdır. Satışda 5, 15, 20, 50 və VIP sektor üçün 100 manatlıq biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki “iTicket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” (onlayn) saytından əldə etmək mümkündür.

Xatırladaq ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Qarşılaşmanın idarəçiliyi Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yevqeni Aranovskiyə yan xətt hakimləri Syomen Şlonçak və İqor Alyoxin köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Yaroslav Kozık yerinə yetirəcək. Görüşün hakim-inspektoru Bosniya və Herseqovinadan Elmir Pilav, UEFA nümayəndəsi isə bolqarıstanlı Boris Stankov olacaq.

Onu da qeyd edək ki, qrupun Kiprdə oynanılacaq digər oyununda APOEL doğma meydanda Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Ən çox oxunanalar