Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qoyun quyruğu yeyin…” – AQTA sədrindən maraqlı tövsiyələr

Qoşqar Təhməzli şəxsi qidalanma prinsiplərindən bəhs edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun yeni “Süfrə” dərgisinə müsahibəsində şəxsi qidalanma prinsiplərindən bəhs edib. O, müsahibəsində sağlam qidalanma ilə bağlı maraqlı açıqlamalar verib.

Q.Təhməzli arıq insanların sağlam olması barədə fikirlərin yanlış olduğunu bildirib: “İnsan normal çəkisində olmalıdır. Gənc xanımlar arıqlamaq üçün bütün günü meyvə yeyirlər. Soruşanda da deyirlər ki, diyetoloq məsləhət görüb. O dəqiqə bilinir ki, həmin “diyetoloqlar”ın təbabətdən xəbəri yoxdur. Meyvədə də fruktoza var. Ona görə də qədərində istifadə olunması tövsiyə olunur”.

Agentlik sədri şəxsi qidalanmasında nələrdən imtina etdiyini açıqlayıb: “Təbii qidalanmaya üstünlük verirəm. Rəngli, qazlı, şirin sulardan istifadə etmirəm. Şəkər, demək olar ki, rasionumda yoxdur. Tövsiyə edirəm ki, əhalimiz sağlam qoyun, quzu ətindən istifadə etsin. Son illər çox yanlış bir mif formalaşıb ki, qoyun əti ziyanlıdır. Əksinə, qoyun ətinin iç yağı, quyruğu orqanizm üçün çox faydalıdır. Quyruq yağından çox istifadə etmək lazımdır. Quyruq yağı damarların keçiriciliyinin artırılmasına səbəb olur… ”

Göründüyü kimi, necə deyərlər, quyruq kimi yağlı vəzifədə oturan Q.Təhməzli vətəndaşları quyruq yeməyə çağırır. Bunun tibbi baxımdan sağlamlıq üçün nə dərəcədə faydalı məsləhət olduğuna dair bir şey deyə bilmərik. Amma hörmətli AQTA sədrinin qida rasionunun tutduğu vəzifə ilə birbaşa bağlılığı kifayət qədər maraqlıdır. Lakin digər tərəfdən də Qoşqar müəllimin məsləhəti məntiqlidir. Axı özünün böyük biznesi, yüksək gəlirli şirkətləri, varidatı olan və paralel olaraq da belə yağlı-ballı vəzifə daşıyan bir məmur təbii ki, şor, göyərti yox, quyruq, yağ, bal yeməyi məsləhət görəcək. Ancaq Təhməzli “qara camaatın” – kasıb təbəqənin bu qidaları necə, hansı pulla əldə etməsinin yollarını da göstərsəydi pis olmazdı… (azpolitika)

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar