Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bennonla Duginin gizli planları: Qərbə və Şərqə yeni istiqamət verilir...

Bennon və Dugin gizli dostluğa davam edərkən Bennon Qərbə, Dugin də Şərqə yön verməyə başladı. Deyilənə görə, hər ikisinin də gizli qüvvələri var...

Ergün DİLER,
“Takvim” qəzeti, Türkiyə, 28 avqust 2019-cu il

Heç bir zaman daxili siyasəti anlamağa çalışmadım. Əlbəttə ki, çox önəmli işlər görülür. Lakin bütün dünyaya baxdıqda görünən mənzərə fərqlidir. Çox vacib oyunçular var və onların adı kitablarda, filmlərdə çəkimir.

Son təhlildə qarşımıza mükəmməl bir təşkilatçılıq çıxır. Ölkələrin qarşılıqlı münasibətləri, ittifaqlar arası əlaqələr, şəxslər, dinlər, dərin bağlar arasında baş verən hadisələr, gizli təşkilatlar və insan irqi…

Mənsə sadəcə ölkəmin gələcəyi ilə maraqlanıram. Çünki biz bu torpağa aidik. Amma ölkələrin silahla yox, zəka ilə qorunmalı olduğunu çox əvvəldən bilirdim. Əgər bu zəka ölkəmizə yayılmasa, işimiz heç asan olmayacaq. Həmişə dediyim kimi, dünya heç vaxt özbaşına buraxılmayıb. Ortada sadəcə olaraq bizə deyilən yalanlar var.
Dünən Stiv Bennondan söz açdım. Çox insan hiss etməsə də, Bennonun çox güclü əlaqələri var. Bu günki vəziyyətdə Stiv Bennon Duginlə dostdur.

1945-1990-cı illərdə hər kəs ABŞ-la Sovet hökümətinin müharibə edəcəyini düşünürdü. Halbuki dünyanı aldadırdılar. İndi də buna bənzər bir ssenarinin içindəyik. Ölkələr müxtəlif səbəblərə görə dəyişə bilər, bu, təbiidir. Lakin insan bunu hiss edə bilmir. Üstəlik, satın alınmış bilgiləri dəyişdirmək də heç kimə sərf etmir. Heç kim öz rahatlığından keçməz. Elə bütün səhv də buradan başlayır.

Amazon meşələrinin yanması və Braziliya prezidenti Bolsonaro barədə yazmışdım. Onun babasının nasist olduğunu da qeyd etdim. Arxasındakı qüvvə, yəni Olavo de Karvalho da bizə məlumdur. Bir çox insan Karvalhonun dünyadakı böyük təsirindən xəbərdardır. Prezidentlərdən belə daha yüksək təsirə malikdir. Bunu tənqid etmirəm. Sadəcə diqqətlə baxdıqda görünür ki, dünyada bizim görə bilmədiyimiz böyük bir zəka forması var. Bu forma çılğın milliyətçi çıxışlarına rəğmən, Stiv Bennonla Aleksandr Dugini birləşdirirdi.

Bennon və Dugin özlərini seçilmişlərdən də üstün görür və sadə insanları hərəkətə keçirirlər. Lakin onlar dünyəviliyi, çox mədəniyyətliliyi və bərabərçiliyi qəbul etmirlər. Bennon və Dugin gizli dostluğa davam edərkən Bennon Qərbə, Dugin də Şərqə yön verməyə başladı. Deyilənə görə, hər ikisinin də gizli qüvvələri var. Bunun nə dərəcədə doğru olduğunu bilmirik, amma burası dəqiqdir ki, ikisi də bir-birini yaxşı başa düşür.

Qəbul edək ki, ikisi də özünəməxsus bir inqilabçıdır. Bennon bir zamanlar “Goldman Sachs”-da işləmiş olsa da, özünü “dövləti məhv etmək istəyən leninist” adlandırırdı. Yəni qlobal miqyasda güclü olan bir çox şəxslə üz-üzə dururdu. Dugin də silahlı, radikal milliyətçi Milli Bolşevik Partiyasının qurucusu idi. Səhv etmirəmsə, Milli Bolşevik Partiyasının bayrağı nasist bayrağı üzərinə çəkilmiş oraq və çəkicdən ibarət idi. Bu, Zebottendorfdan Duginə gedən yoldur.

Digər vacib məsələ isə siyasi məktəblərdir. Bavariya məktəbi ilə İttihad və Tərəqqi təşkilatı, Rusiya, İran və Şərqi Avropa böyük bir model kimi hazırlanırdı. Dünən Qərb üçün addım atan Türkiyə indi öz gələcəyini buradan qurur.

Hadisələrə bu cür baxmaq lazımdır. Hər şeyə yaxşı və ya pis demək tam obyektiv deyil. Ortada yaxşı və pis iş yoxdur, sadəcə olaraq bir model var. Məsələn, Macarıstan bunu bildiyi üçün Sorosu ölkəsinə girməyə qoymur. Görəsən, bu modelə qarşə mübarizə apara bilərmi?

Dugin və Bennonun avrasiyaçılıq planını bir az da olsa, geri salan Putin oldu. Krıma edilən müdaxilə Vaşinqtonda da vəziyyəti korlayıb. Bennon Krım işğal edildiyi halda, planlarının bir neçə il gecikəcəyini deyib. Eyni anda da Dugin Krımın işğal edilməsinə qarşı çıxırdı. Bu iki hadisə təsadüf ola bilməzdi.

Bennon daha da güclənmək üçün pərdə arxasına keçdi və məqsədini sürətlə həyata keçirməyə başladı. Bennon “Huawei”-nin əleyhinə olan “Claws of the Red Dragon” (Qırmızı əjdahanın pənçələri) filmini tamamlayıb.

Bennon: “Çin Kommunist Partiyasının radikal kadrları tərəfindən idarə olunan Çin kommunizmi bu gün Qərbin rastlaşdığı ən böyük problemdir. “Huawei” 5G və 6G vasitəsilə qlobal texnoloji hakimiyyəti ələ keçirməyə başladığı üçün bu, indiyə qədər qarşımıza çıxan ən böyük dövlət təhdididir”.

Dugin isə bunun tam əksini, yəni Çinin güclənməli olduğunu dedi. Lakin məsələnin arxasında Bennonla Dugin eyni yolu gedir. Bəs yaxşı, indi Bennoun “Qırmızı əjdahanın pəncələri” filmində Duginin də əli olduğunu desəm, necə olar?

“Huawei”-nin sahibi Ren Zengfeinin qızı olan Meng Uanzou da filmin ssenarisinin yazılmasında iştirak edib. O, Bennonun komandasındakı bir nəfərə başına gələn hadisələri danışıb.

Keçən il Bennonun Kanadaya şəxsi bir təyyarə ilə getməsi və orada saxlanıldığı polis məntəqəsində Meng Uanzou ilə görüşməsi çox maraqlı bir iddia idi. Lakin indi bu iddianın doğru olduğunu bilirik. Bennonun əsl reallığı demədiyi sözlərdə gizlənib. Buna görə də, onun açıqlamalarından çox, susduğu məsələlərə diqqət yetirmək lazımdır. Necə deyərlər, Trampı Ağ Evə göndərən heç də “balaca adam” deyil.

Bennon Trampa kömək etməzdən əvvəl, Trampın kampaniyalarındakı səs nisbəti 22%-I güclə keçirdi. Rəqibi Hilari Klinton həmin günlərdə 41%-ə qədər səs toplamışdı. Bennon Trampa qələbə qazandırarkən, əlbəttə ki, bunun əvəzində bəzi istəkləri də olmuşdu. Həmin istəklərini də qəbul etdirdi və fərqli bir yolla planlarını həyata keçirməyə başladı. Şübhəsiz ki, “Qırmızı əjdahanın pəncələri” filmi yeni dünya sistemi ilə bağlı önəmli sirlər verəcək. Çünki Bennon bu barədə işarə verib.

1990-dan sonra dünya, sanki, buz üzərində sürüşdü və indi yenidən qurulur. Bu yeni sistemdə isə baş rollarda Bavariya, Türkiyə, Rusiya, Çin, İran və Şərqi Avropa olacaq.

İngiltərə də arxa fondadır. İndi belə bir modeli heç yerdə görə bilmərik. Amma vəziyyət budur. Köhnəlmiş qəliblərə ilişib qaldıqca heç nəyi tam başa düşə bilmərik. Türkiyə yeni bir yoldadır, dövlət bilə-bilə istədiyi yerə gedir. Ölkə daxilində sıxıntı olması təbiidir, amma bu sıxıntı Rusiyada və Çində də var. Buna baxmayaraq, yenə də heç kim yerində dayanmır. Türkiyənin müsəlmanları təmsil edəcəyi bir model inşa edilir. 1945-dən sonra bizə kommunizmlə mübarizə aparmaq rolu verildi və dövlət də bunu qeyd-şərtsiz qəbul etdi. İndi isə vuruşaraq gedən ağıllı bir dövlət var, hansı ki, gələcəyi görərək öz yolu ilə gedir. İndiki vəziyyəti bu şəkildə qiymətləndirmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar