Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Böyük Teatrında azərbaycanlıların iştirakı ilə opera oynanılacaq

Azərbaycan Mədəniyyət Nazirliyi bu barədə məlumat verib

Oktyabrın 16-dan 20-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin "Don Karlos" operası nümayiş olunacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin verdiyi xəbərə görə, oktyabrın 17-də və 19-da səhnə əsərində Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor), Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", N.A.Rimski-Korsakovun "Çar gəlini", J.Bizenin "Karmen", M.Musorqskinin "Boris Qodunov", C.Verdinin "Traviata", "Don Karlos", A.Borodinin "Knyaz İqor" operalarında yaddaqalan obrazlar yaradıb.(oxu.az)

Pia.az

 


Etiket: Don Karlos

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar