Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar, yoxsa cinayət?.. - Epşteynin ölümü ən çox kimə sərf edir?

“Forbes” siyahısında belə adı olan 200-ə yaxın ailə balaca uşaqlarla girdiyi cinsi əlaqələrin sübutlarını Cefri Epşteynin əlindən almalı idi. Gisleyn də bu sübutları ələ keçirən kimi Epşteynin ölümünə şərait yaradıb…

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 15 avqust 2019-cu il

Dünyanın ən önəmli qəzetləri, televiziyaları Cefri Epşteynin intihar etdiyini yazır. Dünyada medianı idarə edənlərin böyük bir qüvvə olduğunu izah etməyə ehtiyac yoxdur. Lakin nə CNN, nə Fox, nə də “The New York Times” qəzeti Cefri Epşteyn barədə ən lazımi sualı vermir: Cefri Epsteyni kim öldürüb?

Epşteyn dünyanın ən güclü adamlarından biri idi və bir çox Amerika prezidenti ilə də yaxın olub. Lakin Klinton ailəsi ilə xüsusi bir dostluğu vardı. Bil Klinton onu dəfələrlə həbsə düşməkdən xilas edib. Lakin Klinton bunu onu sevdiyindən etmirdi. Çünki Epşteyn Klintonlar ailəsinin, əslində təmiz və dürüst olmadığını sübut edəcək görüntülərə sahib olduğu üçün çox güclü idi. Yəni nəzarət edilə bilən şəxsləri ABŞ prezidenti edirdilər.

İndi isə keçək Vaşinqtonun dərinliklərində gedən söhbətlərə... Önəmli olan 2 ssenari ortalıqda gəzir. Birincisi, Bil Klinton və Hilari Klinton Cefri Epşteynin ölüm əmrini verib. Çünki Epşteynin onları ifşa edəcəyini bilirdilər. Hətta Epşteyn bunu açıq şəkildə də onlara bildirmişdi. Ona görə də, Klinton ailəsi onu həbsdən çıxara bilməyəcəyini anladığı üçün Epşteynin ölüm əmrini verdi. Vaşinqtonun çox önəmli yerlərində bu iddialar müzakirə olunur.

Cefri Epşteynin ölümünün Pentaqonda narahatlıq yaratdığını nəzərə alsaq, görürük ki, Vaşinqtonun beşbucaqlı binası bu sui-qəsddə iştirak etmədi. Bir az daha dəqiq desək, Cefri Epşteynin qara qutusu indi 50 ştatda Pentaqon tərəfindən axtarılır. Qara qutunun kim olduğunu demədən əvvəl, illər öncəsini bir az xatırlamaq lazımdır.

4 noyabr 1991... SSRİ rəhbəri Qorbaçovla, ABŞ prezidenti Reyqanla və İngiltərə Baş naziri Marqaret Tetçerlə istədiyi vaxt üz-üzə görüşə bilən və həmin vaxt dünyanın ən güclü adamlarından biri olan Robert Maksvelin öldürüldüyü gecəni xatırlayaq. Robert Maksvel ölümündən 24 saat əvvəl həmin vaxtı 25 yaşında olan Feliks Saterlə görüşmüş və Saterə özü əvəzinə, onu seçdiyini bildirmişdi.

Feliks Sater həqiqətən də xüsusi bir insan idi. İllərlə MOSSAD üçün çalışan Robert Maksvel qızı Gisleyni Feliks Saterə əmanət edib. Gisleyn Maksvel də o andan etibarən Feliks Saterlə işləməyə başlayıb.

Robert Maksvel qızının adını daşıyan “Lady Ghislaine” yaxtası ilə öldürüləcəyi Cəbəllütariqə gedib və MOSSAD tərəfindən də edam edilib.

Donald Tramp, Melani Tramp, Cefri Epşteyn və Gisleyn Maksvel

Robert Maksvel üçün keçirilən mərasimdə Gisleyn Maksvelin yanında Feliks Sater də olub. O mərasimdən sonra Feliks Saterin görüşdüyü şəxs isə gələcəkdə Rusiya prezidenti olacaq KQB agenti Vladimir Putin idi.

Çox önəmli şəxslərin adını çəkmək əvəzinə, Epşteynin qara qutusuna qayıdaq. Epşteynin son 20 ildir yanında olan və bir çox insan tərəfindən onun sevgilisi hesab olunan şəxs Gisleyn Maksvel idi. Yəni bu qadın Epşteynin qara qutusu idi.

Robert Maksvelin qızı Gisleyn Maksvelin Epşteynlə olan yaxınlığını qaralamaq üçün ona “Epşteynə balaca qızlar tapan qadın”, dedilər. Lakin belə bir şey yox idi. FBR Epsteynin Nyu-Yorkdakı evinə basqın edən zaman həmin gün evdəki bütün sənədləri toplayan da Gisleyn Maksvel idi. Ehtimal olunur ki, Gisleyn Amerika prezidentlərini yox edəcək bilgilərlə birlikdə Feliks Saterin himayəsindədir. Lakin, görünür, Feliks Saterin Klinton ailəsinə qarşı olan qəzəbi yeni nəticələr doğuracaq.

Bu gün dünyanın ən önəmli şəxsinin kim olduğunu soruşsaq, cavab çox sadədir: Gisleyn Maksvel. İngiltərə şahzadəsi Endru, Podesto qardaşları, Komet Pinq Ponq adlı pizza restoranının sahibi Ceyms Alefantis, pizza restoranını böyüdən cütlük kimi tanınan sabiq ABŞ prezidenti Barak Obama və yoldaşı Mişel Obama Gisleyn Maksvelin harada olduğunu öyrənməyə çalışır. Təbii ki, Gisleyni axtaranlar siyahısına Bil Klinton və Hilari Klintonu da əlavə etmək lazımdır. Hələ bilmədiyimiz insanlar da var.

Keçək 2-ci ssenariyə. Bu da çox önəmli bir iddiadır. Gisleyn Maksvelin adını Google-da axtardıqda onun Cefri Epşteyn ilə gördüyü çirkli işlər qarşımıza çıxır. Lakin əsl vəziyyət başqadır.

Vaşinqtonda gəzən şayiələrdən biri də Gisleyn Maksvelin Cefri Epşteyni öldürməyə çalışmasıdır. Çünki “Forbes” siyahısında belə adı olan 200-ə yaxın ailə balaca uşaqlarla girdiyi cinsi əlaqələrin sübutlarını Cefri Epşteynin əlindən almalı idi. Bu səbəbdən, ehtimal edilir ki, Gisleyn də bu sübutları ələ keçirən kimi Epşteynin ölümünə şərait yaradıb. Çünki Epşteyn ölümündən bir neçə gün əvvəl “Nyu-York Presbyterian” xəstəxanasına yerləşdirilib. Onun xəstəxanada Gisleyn Maksvellə görüşüb, mübahisə etdiyi iddia edilir.

Həmin xəstəxananın gizli xeyriyyəçiləri arasında Podesto qardaşları da var. Gizli olsa da, bu, belədir. Yəni qarşımızda sonu yazılmamış bir ssenari var.

Bəs bu işin sonunda MKİ və Pentaqon nə edəcək? Arxivi kim tapıbsa, onun əlində artıq təsəvvür edə bilməyəcəyimiz qədər böyük bir silah var. Bu arxiv dünyadakı nüvə başlıqlı raketlərdən, hətta bütün silahların cəmindən belə daha təhlükəli və daha dağıdıcı bir silahdır. Bu hadisə dünyanın gedişatını dəyişdirə bilər. Pula və ya silaha hökm edənlərdən biri mütləq zərbə alacaq...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar