Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqəddəs Qurbanı Bayramı Qaradağ rayonunda geniş qeyd olunub

Avqustun 12-də İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylandı.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Qaradağ sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulandı və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edildi.

Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 4980 nəfər aztəminatlı ailələrə qurban payı verilmişdir.

Bundan əlavə rayon ərazisində yerləşən uşaq hərbi hissələrin şəxsi heyətləri ilə bayram münasibəti ilə görüşlər keçirilib. Tədbir zamanı əsgərlər üçün Müqəddəs Qurban Bayramı münasibəti ilə göndərilmiş qurbanlıq qoyunlar kəsilib.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildiriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar