Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan meyvə-tərəvəz ixracını 7% artırıb – DGK

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 345 342,14 min. ABŞ dolları dəyərində 345 167,22 ton meyvə-tərəvəz ixrac edib

Dövlət Gömrük Komitəsinin məumatına görə, bu, 2018-ci ilin yanvar-iyul aylarının göstəricilərinə nisbətən müvafiq olaraq 44 026,36 min dollar (14,61%) və 22 718,27 ton (7,04%) çoxdur.

Bu ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,82%-ni təşkil edib.

Belə ki, bu ilin yeddi ayında Azərbaycan xarici ölkələrə 132 796,78 ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 141 209,05 min ABŞ dolları təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 1,15%-ni təşkil edib.

Ötən 7 ay ərzində Azərbaycan 13 167,44 ton meşə fındığı ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlirin həcmi isə 72 067,02 min dollar təşkil edib. Yanvar-iyul ayları ərzində meşə fındığının ixracı ölkəmizin ümumi ixracındakı payı 0,59% olub.

Həmçinin, ötən 7 ay ərzində Azərbaycan alma ixracından 16 486,45 min dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 39 945,16 ton olub ki, bu da ümumi ixracda 0,13% paya bərabərdir.

Bundan başqa, bu il ərzində Azərbaycan 23 832,36 ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 18 113,01 min dollar vəsait əldə edib. Xurma ixracı isə yanvar-mart aylarında ölkənin ümumi ixracında 0,21% təşkil edib. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar