Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə insan öldürən qarayara xəstəliyi ilə bağlı son vəziyyət…

“Son zamanlar hər il ərzində 5-6 baş heyvanda qarayara xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib”

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, qarayaradan şübhələnmək lazımdır. “Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Qarayara xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik”.

R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: “İnsanlar zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. Qaraya xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da qarayaraya yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda da hansısa cızıq olanda qarayaraya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona qarayara virusunu iynə ilə vursan da, heyvan qarayaraya yoluxmur”.

Xatırladaq ki, iyulun 29-da Azərbaycanda qaraqara xəstəliyindən ilk insan ölümü faktı qeydə alınmışdı. (AzPolitika)

pia.az


Etiket: qarayara

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar