Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şabranda kütləvi qida zəhərlənməsi - 17 nəfər

Şabranda son iki gündə 17 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib

Bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd olunub ki, ötən gün 15 nəfər, bu gün isə daha iki nəfər qida zəhərlənməsi ilə müraciət edib. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Onlardan yalnız bir nəfər xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.
***
Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.

PİA.az-ın APA-ya istinadən xəbərinə görə, 10 nəfər - Əfiqə İbrahimova, Məhəbbət İbrahimova, İlahə İbrahimova, Elşən Quliyev, Samirə Quliyeva, Təranə Quliyeva (14 yaş), Nazilə Əsədullayeva (12 yaş), Təranə Salayeva, Səbinə Əhmədova və Saatxanım Məmmədova qida zəhərlənməsi diaqnozu Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Rayonun müxtəlif ərazilərində yaşayan həmin şəxslər qarpız, tort və şirin su məhsullarından zəhərləndiklərini bildiriblər.

Daxil olan məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları zəhərlənən şəxslərə baş çəkiblər, zərərçəkənlərin izahatı alınıb, müvafiq ekspertiza təyin edilib, zəruri olan digər araşdırma hərəkətləri yerinə yetirilib.

Faktla rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırmalar davam etdirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Ən çox oxunanalar