Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qara yara" xəstəliyi ilə bağlı Aqrar Xidmətlər Agentliyindən açıqlama

Azərbaycanda 2005-ci ildən sonra heyvanlar arasında "qara yara" xəstəliyinə yoluxma və ölüm halları qeydə alınmayıb

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda heyvanlar arasında "qara yara", eləcə də digər ciddi yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir.

"Qara yara" xəstəliyinin törədicilərinin torpaqda yüz illərlə yaşaya bildiyini deyən Y.Xanvəli əlavə edib ki, heyvanların bu infeksiyaya, eləcə də ciddi yoluxucu xəstəliklərə yoluxmasının qarşısını almaq üçün mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

Y.Xanvəli qeyd edib ki, yalnız bu ilin ilk 6 ayı ərzində 2 530 204 baş iribuynuzlu, 7 185 984 baş xırdabuynuzlu, 81 363 baş təkdırnaqlı heyvan, 4105 baş donuz, 320 baş dəvə "qara yara"ya görə peyvənd edilib.

Xatırladaq ki, Sabirabadda iki nəfərdə "qara yara" xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib.

2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. Bu günə qədər xəstəliyə yoluxma ölümlə nəticələnməyib.

pia.az


Etiket: Qara yara

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ən çox oxunanalar