Beynəlxalq Miqtasiya Təşkilatı (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü ölkəyə qayıdan miqrantlara reinteqrasiya yardımı göstərməkdə davam edir
PİA.az bildirir ki, "Yeni Sabah"a daxil olan məlumata görə, BMqT-nin Azərbaycan nümayəndəliyi Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış növbəti ailəyə Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına köməklik göstərib. Ailəyə İmişli rayonunda BMqT-nin maliyyə dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün 9 baş inək və 9 baş buzov satın alınaraq təhvil verilib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü geri dönənlərə yardım fəaliyyətini göstərir. Ayrılmış reinteqrasiya vəsaitləri bir iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər.
pia.az