Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Hal-hazırda İranın əsas hədəfində olan dövlət Azərbaycandır”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri: “Çox təəssüf ki, İran məhkəmələrində azərbaycanlı fəallara qarşı basqıların çoxalmasının siyasi səbəbləri var”

Azərbaycan bu zamanlarda İranla bağlı prosesləri daha operativ izləməlidir”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu keçən həftələrdən bəri Cənubi Azərbaycan və Tehranda məhkəmələrinin azərbaycanlı siyasi fəallara qarşı ard-arda həbs hökmləri çıxarmasının səbələrini PİA.az-a şərh edərkən qeyd edib.

İran Azərbaycanı və Tehranda türk fəallara qarşı artan basqıların davamı olaraq, Sarab həbsxanasında saxlanılan Səhənd Məalı bir il həbs və pul cəriməsinə məhkum olub.

Səhənd Məali keçən may ayından bəri Şərqi Azərbaycan vilayəti Sarab şəhərinin mərkəzi həbsxanasında daha əvvəl məhkum olduğu 10 aylıq həbs müddətini keçirməkdədir.

Yeni hökmün çıxarılması ilə bərabər onun həbs müddəti 22 aya yüksəlib.

İran Azərbaycanında siyasi fəalların həbsxanada ikən yeni həbs hökmləri ilə qarşılaşması artıq ənənə halına alıb.

İnsan haqları üzrə məlumat yayan HRA agentliyinə istinadən, Səhənd Məali “məmurlarla toqquşma və yaralama” ittihamı ilə mühakimə olunub.
Agentlik bu haqda yazıb ki, “deyilənlərə görə, hakim məmurların ifadəsinə istinadən hökm çıxarıb. Halbuki Səhənd Məali hökm göstərmədən onu döyərək həbs edən məmurlara qarşı müqavimət göstərib”.

Keçən həftələrdən bəri İran Azərbaycanı və Tehranda məhkəmələr türk fəallara qarşı bir-birinin ardınca həbs hökmləri çıxarırlar.

İyun ayının 24-də Tehran İnqilab Məhkəməsi mədəni fəal və Tehranda Traktor komandası tərəfdarlarının 21 yaşlı lideri Kazım Səfabəxşi 13 il həbsə məhkum edib. Daha sonra tanınmış türk fəal Abbas Lisani 8 il həbs və 2 il sürgün cəzası ilə qarşılaşıb. Tehran məhkəməsi həmçinin fəallar Tovhid Əmir-Əmini və Kiyanuş Aslani Qocabəyliyə qarşı müvafiq olaraq 9 il və 5 il həbs hökmü çıxarıb.

10 aylıq həbs müddətini çəkməsinə əlavə olaraq bir il həbsə məhkum olan Səhənd Məalinin vəziyyətinə diqqət yönəldən hüquq müdafiəçilərinə görə, artıq həbs müddətlərini bitirdikdən sonra məhbusların azadlığa buraxılacaqlarına dair zəmanət yoxdur.

Tehran Prokurorluğu iyun ayının 28-də Evin Həbsxanasında üç illik həbs müddətini tamamlayan türk fəal Siyamək Mirzayinin sərbəst buraxılmasına icazə verməyib.

İran məhkəmələrində azərbaycanlı fəallara qarşı basqıların çoxalmasının səbəbi nədir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Əgər Azərbaycan prezidenti qıraqdan verilən təkliflərə qulaq assaydı İran çoxdan tikə-parça olmuşdu”.

İranın siyasətində hal-hazırda təxribat, şərləmə elementinin çox aktual olduğunu düşünən politoloq bildirib ki, İran məlumat yayıb ki, qaçaq yolla neft daşıyan Böyük Britanıyanın tankerini saxlayıb. Amma yayılan məlumatlardan bəlli olur ki, Böyük Britanıyanın tankerinə həmin qaçaq nefti İranın gəmiləri doldurub:

“Çox təəssüf ki, İran məhkəmələrində azərbaycanlı fəallara qarşı basqıların çoxalmasının siyasi səbəbləri var. Hal-hazırda İran Azərbayan istiqmətində vəziyyəti gərginləşdirmək üçün müxtəlif təxribatlara, vasitələrə əl atır.

İranın rəsmi qurumları yaxın vaxtlarda məlumat yaydılar ki, guya Qərbi Azərbaycan ostanında, yəni Urmiya ostanında Çaldıran şəhərində bir qrup terrorçunu zərərləşdiriblər. Bu terrorçuların da xarici ölkələrlə əlaqəsi var. İran xarici ölkə deyəndə də, əsasən türk dövlətini nəzərdə tutur. Bildiyimiz kimi Çaldıran həm Azərbayan, həm Ermənistan, həm də Türkiyənin tərəfindədir. İranın Ermənistana qarşı nə isə etməyi ağıla gələn deyil. Buna görə də İran elə ərazi seçdi ki, guya terrorçular ya Azərbaycandan, ya da Türkiyədən keçib.

İranın indi Türkiyə ilə də münasibətləri yaxşıdır. Buna görə ehtimal edirəm ki, bu Azərbaycan üçün nəzərdə tutulmuş hadisə idi. Sadəcə olaraq Rəsmi Bakı vaxtında hadisəyə müdaxilə etdi. Bir az keçdi İran Urmiyada terroçuların olduğu ilə bağlı yenə xəbər yaydı. Amma bu dəfə terrorçuların Qərb tərəfdən gəldiyini bildirdi. Yəni terrorçuları İraq ərazisinə yaxınlaşdırdı. Guya İraqdakı kürdlər İranda baş verən terror hadisələrini törətməkdə iştirak ediblər.

Onu da xatırladım ki, İsrailin mətbuat orqanı yaxın vaxtlarda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan müsahibə götürdü. Bu müsahibədə “İsrailin Azərbaycanın 4 əsas tərəfdaşından biridir” tezisi İranı çox narhat etmişdi.

Mübariz Əhmədoğlu: “İran məhkəmələrində azərbaycanlı fəallara qarşı basqıların çoxalmasında əsas məqsəd rəsmi Bakını işə qoşmaq məqsədi daşıyır”.

İran məhkəmələrində azərbaycanlı fəallara qarşı basqıların çoxalmasında əsas məqsəd rəsmi Bakını işə qoşmaq məqsədi daşıyır. Ümumiyyətlə İran tək Azərbayana qarşı deyil, İranın siyasətində hal-hazırda təxribat, şərləmə elementi çox aktualdır. İran məlumat yayıb ki, qaçaq yolla neft daşıyan Böyük Britanıyanın tankerini saxlayıb. Amma yayılan məlumatlardan bəlli olur ki, Böyük Britanıyanın tankerinə həmin qaçaq nefti İranın gəmiləri doldurub. Yəni iranlılar xarici ölkə gəmisin aldadıblar ki, gəlin bizdən ucuz qiymətə neft alın. Onlar da nefti alandan sonra Sebahın patrolları həmin gəmini tutubar ki, sən qaçaq neft daşıyırsan.

İran belə variantlardan geniş istifadə edir. Azərbaycan bu zamanlarda İranla bağlı prosesləri daha operativ izləməlidir. Hal-hazırda İranın əsas hədəfində olan dövlət Azərbaycandır. Amma mən Azərbaycanın siyasətinə, əlaqələrinə bələdəm. Bildiyimiz kimi Azərbaycan ATƏT-in Təhlükəsizlik Sisteminin, MDB üzvüdür Təhlükəsizlik Sisteminin üzvüdür. Buna görə də Azərbaycan bir neçə saat ərzində müəyyən məsələləri razılaşdıra bilər.

İran başa düşməlidir oynamaq istədiyi ölkə Azərbaycandır. Ona görə ehtiyyatlı olsunlar. İran bu gün ona görə İrandır ki, Azərbaycan dövləti müdrik siyasət aparıb. Əgər Azərbaycan prezidenti qıraqdan verilən təkliflərə qulaq assaydı İran çoxdan tikə-parça olmuşdu. Buna görə də İran Azərbaycanın bu rolunu nəzərə almalıdır. İran özünü Ermənistan tərəfdən qorumalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar