Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən Azərbaycan standartları ilə bağlı mühüm qərar

Prezident İlham Əliyev Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib

PİA.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, qanun standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanunun tətbiq dairəsi

- Bu Qanun standartlaşdırma sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə şamil olunur.

- Bu Qanunun müddəaları malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan uyğunluğun məcburi qiymətləndirilməsi məsələlərinə şamil edilmir.

- Bu Qanun təhsil, milli mühasibat uçotu, dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı standartlara şamil edilmir.

Qanunda standartlaşdırmanın məqsədləri konkret olaraq müəyyən edilib.

Onların bəziləri:

- malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun sərbəst hərəkəti üçün şərait yaradılması və beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılması;

- daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyətinin və işçi heyətinin bacarıqlarının təkmilləşdirilməsi;

- malların və onlara dair ehtiyat hissələrinin texniki, texnoloji və informasiya uyğunluğunun, eləcə də qarşılıqlı əvəz olunmasının təmin edilməsi;

- istehsalçıların və istehlakçıların ehtiyaclarının ödənilməsi;

- şəxsi maraqların ümumi maraqlardan üstün tutulmasının qarşısının alınması;

- standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikasının texniki reqlamentlərinə uyğunluğu;

Qnuna görə, dövlət standartları “AZS” nişanı ilə nişanlanır.

İlkin dövlət standartları 2 (iki) il müddətinədək qəbul olunur və qüvvədəndüşmə müddətinə ən azı 3 (üç) ay qalmış aidiyyəti standartlaşdırma üzrə texniki komitə onun dövlət standartı kimi qəbulu məqsədi ilə yoxlanılmasını və onun tətbiqinin qiymətləndirilməsini təşkil edir.

Standartlaşdırmanın subyektləri milli standartlaşdırma qurumu, standartlaşdırma üzrə texniki komitələr və standartlaşdırma fəaliyyəti ilə məşğul olan digər subyektlərdir (dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər).

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Ən çox oxunanalar