Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran hansı ölkənin casus şəbəkəsini ələ keçirib?

Tehrandan "Qüds görüşü"nə cavab

Aram Amatuni

“1in.am”, Ermənistan, 04 iyul 2019-cu il

İran özünün bir sıra obyektlərində, o cümlədən nüvə obyektlərində xarici dövlətlərin maraqları üçün çalışan casus şəbəkəsinin ifşa edildiyini bəyan edib.

İran KİV-ləri hansı xarici dövlətdən söhbət getdiyini açıqlamırlar. İranın bu ifşa haqqındakı bəyanatının Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, ABŞ Milli Təhlükəsizlik Şurasının katibi Con Boltonun və İsrail Baş naziri Benyamin Netanyahunun bu günlərdə Qüdsdə baş tutan görüşu fonunda verilməsi çox maraqlıdır. Bu görüş özünün misilsizliyi ilə bərabər, tərəflərin Suriyanın perspektivlərilə bağlı ümumi məxrəcə gəldiyi və detalları müzakirə etdiyi barədə bəyanatın verilməsilə də fərqlənib.

Bu görüşün və gəlinən ümumi məxrəcin, böyük hesabla, İranın Suriyada iştirakına qarşı olduğu bugünlərdə, üçtərəfli görüşdən sonra İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir neçə şəhərini, o cümlədən Dəməşqi bombardman edərkən aşkar olub. Qırıcı təyyarələr eyni zamanda rus mütəxəssislərinin çalışdığı Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin nəzarətində olan ərazilərdən keçiblər, lakin bu sistemlər işləməyib. Bu da göstərir ki, İsrail Hərbi Hava Qüvvələri ruslarla razılaşdırılmış şəkildə fəaliyyət göstəriblər.

Bəlkə də bu razılaşma məhz Qüdsdə baş tutan misilsiz görüşün və verilən bəyanatların nəticəsidir. ABŞ və İsrailin İranla hansı problemlərinin olması kifayət qədər yaxşı məlumdur.

Lakin eyni zamanda o da aydındır ki, Rusiya da İranla heç də az olmayan problemli münasibətlərdədir. Bu da bütün Suriya kampaniyası ərzində müxtəlif formalarda təzahür edib.

İş ondadır ki, rus mütəxəssislərin İranın nüvə obyektlərində işə cəlb olunma səviyyəsi yüksəkdir. Məsələn, məlumdur ki, Buşəhr Atom Elektrik Stansiyası (AES) birgə proqram əsasında inşa edilib. Əlbəttə, təsdiq etmək qeyri-mümkündür, lakin buna görə, böyük ehtimalla, demək olar ki, bu, rus casus qrupudur. Ya da İran, sadəcə olaraq, bununla Rusiyaya siqnal göndərir. Çünki İsrail və ya ABŞ-ın casusluq fəaliyyətindən söhbət getsəydi, Tehran, təbii, bu barədə ətraflı danışmağa tərəddüd etməzdi. Rusiya ilə əlaqədar durumda isə İran, şübhəsiz, bir sıra səbəblərə görə açıq münaqişəyə getməməyə üstünlük verir.

Lakin bununla maraqların toqquşması azalmır, hadisələrin inkişaf məntiqinə əsasən, hətta artım riski daşıyır. Ermənistan buna hazır olmalıdır. Çünki, görünür, ABŞ-İran münasibətlərinin kəskinləşməsi bizim üçün problemdir. Bu, əlbəttə, belədir. Lakin başımız buna qarışmışkən, biz İran-Rusiya münasibətlərində daxili gərginliyin artmasını gözardı etməməliyik.(Tərcümə Strateq.az)


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar