Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan diasporu: Şəxsi maraq, yoxsa ümummilli mənafe

İstər ulu öndər Heydər Əliyev, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan diaspor quruculuğuna, bu həyati vacib əhəmiyyətli sahənin müasir dövrün reallığı kontekstində təşkilatlanmasına, təkmilləşdirilməsinə və təkamülünə yetərincə diqqət və qayğı göstərilmişdir

Bu mühüm proses hazırda da şəxsi maraqları dəf edərək ümummilli mənafeyimiz nöqteyi-nəzərindən hər vəchlə davam etdirilməkdədir.

Bu yaxınlarda, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Azərbaycan Prezidentinin Fərmanı bunun təsdiqinin daha bir təzahürüdür.

Qeyd: “- Azərbaycan Diaspor Fondunun” yaradılmasını illər öncə elmi məqalələrimizdə kreativ təşəbbüs kimi irəli sürmüş və “Azərbaycan diasporunun dövlətlərarası münasibətlərin inkişafında rolu” mövzusundakı dissertasiya işimizin nəticə hissəsini bu modern qənaətlə yekunlaşdırmışıq. Həmin ideya-layihə DİDK-nə təqdim olunmuş və ictimai şüurlara hopdurulması məqsədilə Facebook.com-da (Azərbaycan Diaspor Fonduhttps://www.facebook.com/groups/693629814039385/?ref=bookmarks) səhifə açılmışdır.

Təqdirolunası haldır ki, digər təklif və tövsiyələr mərhələli şəkildə nəzərdən keçirilir və yeni fikirlər müvafiq tədbirlərlə gerçəkləşdirilir.
Məsələn, müəllifi olduğum “Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti” adlı kitabda “- Xaricdə yaşayan azərbaycanlıların, xüsusilə gənclərin və onların ətrafında olan şəxslərin Azərbaycana ekskursiyalarının təşkil edilməsi” təklifi reallaşdı (səh. 84). AXC-nin 100 illiyi ərəfəsinə təsadüf etdiyi üçün bu il bu şərəfə adlandırıldı.

O cümlədən, Azərbaycan diaspor haqqında məlumatların koordinasiyasının “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərməsi, vacib lazım olan informasiya mərkəzinin yaradılması, elmi mülahizəmiz bu yaxınlarda dəyərləndirilmişdir (səh.222).

Bu sahədə baş verən son yeniliklər mütəxəssis kimi baxışın, münasibətin ortaya qoyulmasını şərtləndirir, hadisələrin təhlilini zərurətə çevirir və özlüyündə bu məsələyə səbatlı davranmağı sövq edir.

Hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemini nəzərə alaraq, Dövlət Başçısının Dünya azərbaycanlılarının qurultaylarında vurğuladığı mətləblərə ciddi riayət olunmalıdır və Azərbaycan diasporunun faydalı iş əmsalının artırılması məqsədilə aşağıdakı tədbirlərin reallaşdırılması məqsədəuyğundur:

1. Diaspor sahəsinin inkişafı üzrə Dövlət Strategiyasının hazırlanması.
2. AXC-nin 100 illiyi ilə əlaqədar Dünya azərbaycanlılarının xüsusi qurultayının keçirilməs və ya “Azərbaycan diasporu: Baxış – 100 il” mövzusunda “Dəyirmi masa” və ya Elmi-praktiki konfransın keçirilməsi.
3. Diaspor ilə bağlı istənilən tədbirdə diplomatik korpusun nümayəndələrinin iştirakının təşkil edilməsi.
4. Diaspor sahəsinə akademik yanaşma gərək olduğuna görə istənilən tədbirlərdə, xüsusilə, gənclərlə görüşlərdə nüfuzlu ictimai xadimlərimizin, elm adamlarımızın və yaradıcı ziyalılarımızın iştirakının təmin olunması.
5. “Vətən” Cəmiyyətinin vaxtilə yerləşdiyi tarixi binanın “Diaspor Ev Muzeyi”nə çevrilməsi və Azərbaycan diasporunun xatirə kitabının layihəsinin reallaşdırılması;
6. AMEA-nın Azərbaycan diasporu şöbəsi ilə birgə yeni toplunun ərsəyə gətirilməsi;
7. “Azərbaycan diasporu” adlı qəzet nəşr edilməsi və Televiziya verlişlərinin hazırlanması.
8. Diaspor medalının və Fəxri nişanının təsis edilməsi.
9. Diaspor təşkilatlarının və nüfuzlu simalarının yubileylərinin qeyd edilməsi.
(Bunlar həm Azərbaycan diasporunun monolitliyinə, həm təşkilatların, həm də şəxslərin uzunmüddətli səmərəli fəaliyyətinə müsbət təsir göstə bilər).
10. Bakıda “Dünya azərbaycanlı gənclərinin evi”nin açılması və qitələr, ölkələr üzrə guşələrin yaradılması.

Bir daha qeyd edirəm ki, diaspor mənşə ölkəsinin sərhədlərinin hududlarında donor dövlətin qayda-qanunları çərçivəsində fəaliyyət göstərən mürəkkəb orqanizmdir və ya fəaliyyət növüdür. Bunun siyasiləşməsi, xüsusilə də daxili siyasətə bulaşdırılması yolverilməzdir. Eləcə də imitasiya xətrinə tədbirlər keçirmək və ayrı-seçkilik salaraq narazılıqların salınması əsla qəbuledilməzdir.

Diaspor işinə kompleks şəkildə yanaşmaq, incə gedişlə elmi-praktiki hormoniya sərgiləmək gərəkdir. Diaspor ilk əvvəl sosial-mədəni fəaliyyət sferasıdır. Burada sərt inzibati amirlik sistemi qurmaq və nümayiş etdirmək mütəşəkkilliyə ciddi mənfi təsir edəcəkdir.

Çünki, olduqca həssas, müxtəlif səbəb və zəngin koloritlərdən ibarət olan bu spesifik etno-təmayüllü sahə etnik-mənəvi amillər üzərində bərqərar tutan məsələdir. Bu, ümummilli mənafeyə ziddir. Özü ilə bir çox problemlərə, ən başlıcası birliyə, həmrəyliyə xələl yetirəcəkdir. Şəxsi maraqlar xətrinə tədbir deyil, ümummilli mənafe üçün sistemli ideoloji fəaliyyət göstərilməlidir.

Bir sözlə, istənilən ideyadan istifadə etdikdə gərək onun müəllifinə ehtiramla yanaşaraq, ciddi cəhdlə zəhmət çəkilsin ki, nəticə effektiv olsun. Şübhəsizdir ki, hər bir elmi-tədqiqat işi aidiyyatı sahənin nəzəri-praktiki inkişafına xidmət etmək üçün aparılır.

Yəhya Babanlı

Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert

(diaspora.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar