Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəyəri bir milyon funt sterlinq olan şahmat fiquru tapılıb

Fiqur Şotlandiyada tapılılb

Şotlandiyada dəyəri bir milyon funt sterlinq (2 milyon 150 min manat) olan şahmat fiquru tapılıb.

Edinburq şəhərində yaşayan bir ailəyə məxsus köhnə əşyaların içində qədim şahmat fiquru tapılıb. Həmin ailənin üzvlərindən biri ötən əsrin 60-cı illərində əntiq əşyaların satışı ilə məşğul olub. Bu fiqur isə təxminən 5 funt sterlinqə alınıb. Ailə başçısı fiquru Londonun “Sotbis” hərrac evinə apardıqda eşitdiyi xəbərdən heyrətə gəlib.

Həmin fiqurun 1831-ci ildə Luis adasında tapılan xəzinədəki şahmat dəstinə aid olduğu müəyyən edilib. Belə ki, iki əsr əvvəl tapılan xəzinədə qızıl əşyaları ilə yanaşı, şahmat fiqurları da olub. Həmin vaxt tapılan 93 fiqurdan 82-si Londondakı Tarix Muzeyində, 11-i isə Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır. İlkin olaraq bir milyon funt sterlinq dəyərində qiymətləndirilən fiqur iyulun 2-də Londonda hərraca çıxarılacaq.

Morj və balina dişlərindən düzəldilmiş fiqurların hündürluyü 9 santimetrdir. Onların mənşəyi və harada düzəldiyi barədə dəqiq məlumat yoxdur. Bir fərziyyəyə görə, bu şahmat fiqurları XII-XIV əsrlərdə Norveçin Tronxeym şəhərində düzəldilib(azərtac).

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib

Ən çox oxunanalar