Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda qan davası: azərbaycanlı ailə gülləbaran edildi

Hadisə yerində odlu silah və ov tüfəngi tapılıb

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Xidiskuri (Körpü qulağı) kəndində yerləşən evlərdən birinə silahlı basqın olub.

Nəticədə 70 yaşlı kişi ölüb, onun 50 yaşlı həyat yoldaşı isə başından güllə yarası alıb.

Qadın xəstəxanaya çatdırılıb. Hadisə yerində odlu silah və ov tüfəngi tapılıb.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev sayta bildirib ki, hadisəyə səbəb qan davası olub. Onun sözlərinə görə, silahlı basqın nəticəsində öldürülən şəxs Şıxəli Camaloğlu, qətli törədən şəxs isə kənd sakini Nizam Qurbanovdur: "Şıxəli Camaloğlu 25 il bundan qabaq Nizam Qurbanovun yaxın qohumunu öldürüb və bu cinayət üstündə 11 il həbs cəzası çəkib. Nizam Qurbanov qətli intiqam məqsədi ilə törədib".

Ə.Babayev vurğulayıb ki, hadisə zamanı boğazından yaralanan Ş.Camaloğlunun həyat yoldaşı xəstəxanada ağır vəziyyətdədir.

GAMK sədri qətli törədən N.Qurbanovun hələ saxlanılmadığını qeyd edib.

Faktla bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.(“Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar