Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda I Beynəlxalq Teatr Festivalı yekunlaşıb - Foto

Festival çərçivəsində14 tamaşa göstərilib

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində keçirilən I Lənkəran Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Bu gün festivalın sonuncu günündə ilk olaraq İran İslam Respublikasının Ərdəbil şəhərindəki “Ünvan” Teatrının “Qızıl başmaq” tamaşası oynanılıb. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir.

İranlıların çıxışından sonra Lənkəran Dram Teatrının səhnəsi Şuşa Dövlət Musiqili Dram Teatrı artistlərinin ixtiyarına verilib. Ərəb nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur” tamaşasına teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib. Səhnə tərtibatçısı Valeh Məmmədovdur. Bir hissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları ifa ediblər.

Festivalda son olaraq Salyan Dövlət Kukla Teatrı tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Bostançı və Şah Abbas” tamaşası ilə çıxıb. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.

Hər üç tamaşadan sonra teatrların kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Daha sonra festivalın bağlanış mərasimi keçirilib. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova çıxış edərək bu sənət yarışmasının onun iştirakçılarında xoş anlar yaşatdığını söyləyib və festivalın keçirilməsində zəhməti olan hər kəsə minnətdarıqlarını çatdırıblar.

Xatırladaq ki, iyunun 1-də startı verilən I Lənkəran Beynəlxalq Teatr Festivalına ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak ediblər.(APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Ən çox oxunanalar