Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin dənizdən kosmosa raket buraxıb - İlk dəfə

Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib

Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı yerli vaxtla günorta saat 12:06-da (Bakı vaxtı ilə səhər 8:06) baş tutub. “Long March 11” daşıyıcı raketi dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.

“Çin kosmonavtika elmləri və texnologiyaları” korporasiyası mütəxəssislərinin hazırladıqları raketin uzunluğu 20,8, diametri isə 2 metrdir. 2015-ci ildən etibarən 6 “Long March 11” raketinin buraxılışı həyata keçirilib. Həmin daşıyıcı raketlər ümumilikdə 25 peyki orbitə çıxarıb.

Qeyd edək ki, dənizdən orbitə ilk raket buraxılışı 1967-ci ilin aprelində Kenyanın sahil sularından həyata keçirilib. ABŞ mütəxəssislərinin hazırladıqları həmin raket İtaliyaya məxsus mobil platformadan buraxılmışdı. Sonuncu belə raket buraxılışı isə 2014-cü ildə Sakit okeandakı “Odissey” platformasından baş tutub. (AzərTac)

pia.az


Etiket: Çin kosmos

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar