Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan XİN işğal altındakı ərazilərində keçirilən turnirə münasibət bildirib

Qondarma Avropa futbol çempionatı CONİFA tərəfindən keçirilir

Gürcüstan Xarici İşlər Nazirliyi CONİFA tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilən tədbirə münasibət bildirib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, açıqlamada bildirilir ki, tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir.

"Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları Konfederasiyasıdır. Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır. Buna görə, Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz.

Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub. Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir", - Gürcüstan XİN-in məlumatında qeyd edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar