Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblilər arasında breyn-rinq bilik yarışı başa çatıb

“Gənc istedadlar” breyn-rinq bilik yarışının final mərhələsi keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.

Bilik yarışının final mərhələsi ümummilli lider Heydər Əliyevə həsr olunub. Bu mərhələdə komandalar “Heydər ƏliyevAzərbaycan” başlığı altında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sualları cavablandırıblar.

Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” komandası 18 xal toplayaraq digər komandalardan üstün olub.

“Gənc istedadlar” breyn-rinq bilik yarışının bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib gəlmiş 21 nömrəli tam orta məktəbin “Zirvə” komandasına kubok, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar