Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYB sədri: "İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var"

"İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var. Heç bir halda insan təlafatını “zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar."

PİA.az Trend-ə istinadən məlumat verir ki, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Azərbaycan xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

Anar qeyd edib: “Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məclisdə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox minnətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı. Mən hətta o vaxt təklif edirdim ki, o uçurulmuş heykəlləri – Stalin, Kirov və başqaları dağıdılmasın, bu “KQB”-nin həyətində onları yığıb saxlasınlar. Vaxtilə onlar insanları göndərmişdilər, indi özlərinin heykəlləri orda qalsın və bu, ibrət dərsi olsun. Bu muzey bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirəsinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu hal tarixdə təkrar olunmamalıdır. Mən burada babam – Azərbaycanın ilk Səhiyyə Naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz 1920-ci ilin mayın 20-də Nargin adasında güllələnmişdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri deyib ki, belə bir muzeyə həm cavanlar, həm də yaşlılar gəlməlidirlər.

pia.az


Etiket: AYB Anar DSX

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar