Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanı rayonunda əhalinin 88,01%-i tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il fevralın 11-dən mayın 11-nədək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə icra olunub

Rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2019-cu il tarixli 27 nömrəliı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilmişdir.
Əhalin tibbi müayinəsini mütəşəkkil təşkil etmək məqsədi ilə müayinə aparılan dövrdə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları əhali arasında planlı formada maarifləndirici tədbirlər aparmışdır. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatmışdır

Suraxanı rayonu üzrə 180 min 668 nəfər (18 yaşdan yuxarı) sakinin və rayonda məskunlaşan məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdu. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunmuşdur. Suraxanı rayon üzrə 159 min 15 nəfər (əhalinin 88,01%-i) və 127 müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. Onlardan 9 min 33 nəfəri rentgen, 5 min 102 nəfəri USM aparatından, 16 min 568 nəfəri laboratoriya və 3 min 265 nəfəri EKQ müayinəsindən keçib. 4 min 41 nəfərində müxtəlif xəstəliklər aşkarlanmış, 137 nəfər stasionar müalicəyə cəlb edilmiş, 152 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilmişdir.

Tibbi müayinənin keçirildiyi dövrdə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət göstərmişdir. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmiş, akara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilmişdir.
Tibbi müayinədən çox razı qalmış rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Ən çox oxunanalar