Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Fələstin” qurmaq planı: İsrail qəzeti “100 illiyin müqaviləsi”ni dərc edib...

ABŞ Prezidenti Tramp “100 illiyin müqaviləsi” adı ilə Fələstində tarixi işğala hazırlaşır...

Yeni Şafak, Türkiyə, 8 may 2019-cu il

“İsrail HaYom” qəzeti içində ABŞ-ın İsrail-Fələstin məsələsinin həlli yolunda yaxın zamanda açıqlanması gözlənilən “100 illiyin müqaviləsi”nin maddələrinin də olduğu deyilən bir sənəd yayımlayıb.

Planda ordusu olmayan, sərhədləri İsrail tərəfindən qorunan və paytaxtı qismən Qüds sayılan İordan çayının qərb sahili ilə Qəzza zolağında “Yeni Fələstin” adlı bir dövlətin qurulmasından bəhs edilir.

ABŞ Prezidenti Tramp “100 illiyin müqaviləsi” adı ilə Fələstində tarixi işğala hazırlaşır.

İsrailin Baş naziri Bünyamin Netanyahuya yaxınlığı ilə tanınan “İsrail HaYom” qəzeti ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həlli ilə bağlı yaxında açıqlanması gözlənilən Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin də dəstək verdiyi “100 illiyin müqaviləsi”planının qeyri-rəsmi maddələrini yayımlayıb.

ABŞ, İsrail və ya Fələstindən hər hansı bir açıqlama verilməyən planın əsas maddələri belədir:

1. Müqavilə

İsrail ilə Fələstin Qurtuluş Təşkilatı və Həmas arasında bir müqavilə imzalanacaq. Bu müqaviləyə əsasən, işğal altındakı İordan çayının qərb sahilində yerləşən yəhudi yerli qüvvələrindən başqa yerdə qalan torpaqlarla Qəzza zolağında “Yeni Fələstin” adlı bir Fələstin dövləti qurulacaq.

2. Bölgənin təxliyəsi

İordan çayının qərbində böyük yəhudi əraziləri bu gün də olduğu kimi İsrailin ərazisində qalacaq. Bu qüvvələrə İordan çayının qərb sahilindəki izolyasiya edilmiş qüvvələr də qoşulacaq və beləliklə, izolyasiya qüvvələrinə çatmaq üçün ərazilər də genişləndirilərək İsrailə birləşdiriləcək.

3. Qüds

Qüds İsrail ilə “Yeni Fələstin” arasında bölüşdürülməyəcək, lakin hər iki dövlətin də paytaxtı hesab olunacaq. Həmçinin, Qüdsdə yaşayan ərəblər Yeni Fələstin dövlətinin vətəndaşları olacaqlar.

İsrailə bağlı olan Qüds bələdiyyəsi “Yeni Fələstin” hökümətinin maraqlana biləcəyi - təhsil sahəsindən başqa - Qüdsün bütün sahələrdə məsuliyyətini daşıyacaq və “Yeni Fələstin” dövləti Qüds bələdiyyəsinə su xərci və vergi ödəyəcək.

Yəhudilərin ərəblərdən ev almalarına icazə verilməyəcək və eyni şəkildə ərəblər də yəhudilərdən ev ala bilməyəcəklər. Qüdsə yeni ərazilər əlavə edilməyəcək və müqəddəs sahələrin bu günkü statusu qüvvədə olacaq.

4. Qəzza zolağı

Misir hava limanı, fabriklər, ticarət sahələri və kənd təsərrüfatı Qəzza zolağına bağlı olaraq Yeni Fələstin dövləti üçün torpaq kirayələyəcək, lakin fələstinlilərin bu yeni torpaqlarda yaşamasına icazə verilməyəcək. Bu torpaqların sərhədləri ilə kirayə ödənişi daha sonra vasitəçi və dəstəkçi ölkələr tərəfindən “Yeni Fələstin” dövləti ilə Misir arasında müəyyənləşdiriləcək.

5. Planı dəstəkləyən ölkələr

Yeni Fələstin dövlətinin qurulmasını öncədən bilən və bu müqavilənin tətbiqi üçün maliyyə cəhətdən dəstək verən dövlətlər, başda ABŞ olmaqla Avropa Birliyi və neft istehsalçısı olan körfəzdəki ərəb ölkələri olacaq.

Dəstəkçi ölkələr “Yeni Fələstin”dəki milli layihələr üçün 5 il ərzində 30 milyard dollarlıq bir büdcə yaradacaq. Bu büdcəyə izolyasiya edilmiş yəhudi yaşayış qurumları ilə böyük yaşayış yerlərinin İsrailə bağlanması da daxil olacaq.

Dəstəkçi dövlətlər tərəfindən ödəniləcək fondların bölünməsi

a) ABŞ 20%

b) AB 10%

c) Neft istehsalçısı olan ərəb ölkələri isə fondun 70%-ni qarşılayacaq. Bu 70%-lik nisbət ölkələrin neft gəlirlərinə görə müəyyən ediləcək.

d) Yükün çoxu neft istehsalçısı olan körfəz ölkələrinin üzərində olacaq, çünki bu müqavilədən daha çox onlar fayda götürəcəklər.

6. Ordu

Yeni Fələstin dövlətinin ordusu olmayacaq. Ancaq polis yüngül silahlara sahib olacaq.

İsrailin bütün xarici hücumlara qarşı “Yeni Fələstin”in qorunmasını təmin edəcəyi və bunun qarşılığında Yeni Fələstinin İsrailə ödəniş edəcəyi ilə bağlı İsraillə “Yeni Fələstin” arasında bir müqavilə də imzalanacaq.

Bu ödənişin məbləği tərəflər arasındakı dəstəkçi dövlətlərin vasitəçilik etdiyi müzakirələrlə müəyyən edilməlidir.

7 və 8. Zaman qrafikləri və tətbiq mərhələləri

a) Fələstin İslam Mübarizə Hərəkatı (HƏMAS) misirlilərin şəxsi silahları da daxil olmaqla, bütün silahları təhvil verəcək.

b) HƏMASın liderləri və üzvləri yeni hökumət qurulana qədər dəstəkçi ölkələrdən maaş almaqdaa davam edəcəklər.

c) Qəzza zolağının sərhədləri malların girişinə və işçilərin İordan çayının qərb sahilində olduğu kimi İsrail və Misir üçün də açıq olacaq.

d) 1 il ərzində yeni bir Fələstin hökuməti seçilməsi üçün hər bir Fələstin vətəndaşının seçkilərdə namizəd ola biləcəyi demokratik seçkilər keçiriləcək.

e) İsrail həbsxanalarındakı fələstinli məhbuslar seçkilərdən və hökumətin qurulmasından bir il sonra başlamaqla mərhələli olaraq 3 il ərzində azadlığa buraxılacaqlar.

f) 5 il ərzində “Yeni Fələstin”də bir liman və aeroport tikiləcək. O vaxta qədər İsraildəki aeroportlar və hava limanlarından istifadə ediləcək.

g) “Yeni Fələstin”lə İsrail arasındakı sərhəd dost ölkələrdəki kimi vətəndaşların və malların keçidi üçün açıq olacaq.

h) Qəzza zolağı ilə İordan çayının qərbini bir-birinə bağlamaq üçün yüksəkliyi 30 metr olacaq bir avtomobil yolu inşa ediləcək. Bu yolun inşasına Çin 50%, Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada, ABŞ və AB-isə 10% ödəyəcək.

9. İordaniya vadisi

a) İordaniya vadisi və ya digər adı ilə İordan çayının qərb sahilinin Ölü dəniz ətrafındakı Ağvar bölgəsi bu gün də olduğu kimi, İsrailin əlində qalacaq.

b) Bölgədən keçən 90 nömrəli avtomobil yolu 4 xətli olacaq.

c) İsrail avtomobil yolunun genişləndirilməsi üçün bir kampaniya başladacaq.

d) Bu 90 nömrəli avtomobil yolunun iki xətti “Yeni Fələstin”i İordaniyaya bağlayacaq. Bu yol üzərində qurulacaq sərhəd qapıları “Yeni Fələstin”nin nəzarətində olacaq.

10. Məsuliyyət

a) Əgər HƏMAS və FAT bu müqaviləyə etiraz edərsə, ABŞ Fələstinə verdiyi bütün maliyyə dəstəyini kəsəcək və digər ölkələrin də maliyyə dəstəyi verməsini əngəlləyəcək.

b) Əgər FAT bu müqaviləni qəbul etdiyi halda, HƏMAS və ya Fələstin İslam Cihad Hərəkatı bu müqaviləni rədd edərsə, bu iki hərəkatın lideri məsuliyyət daşıyacaq və Qəzza zolağı ilə İsrail arasındakı yeni bir müharibədə ABŞ İsrailin bu liderləri hədəf almasını dəstəkləyəcək. Dolayısı ilə, onlarla insanın milyonlarla insanın həyatını təhlükəyə atması normal hesab edilməyəcək.

c) Əgər İsrail bu müqaviləyə etiraz edərsə, İsrailə verilən maddi dəstək də dayandırılacaq.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Ən çox oxunanalar