Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətaidə ağaclara gecə hücumundan yeni görüntülər - Fotolar

Xətai rayon İcra Hakimiyyəti hadisə ilə bağlı susqunluq nümayiş etdirib

Mayın 4-də Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində iki binanın sakinləri etiraz ediblər.

Etirazlarının səbəbi isə yaşadıqları binanın arasında yerləşən sahənin başqa bir şəxs tərəfindən çəpərlənməsi olub. Sakinlər hesab edirlər ki, bu ərazidə heç bir tikiliyə icazə verilə bilməz. Belə ki, əllərində olan sənədə əsasən 2017-ci ilin may ayında Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə, ərazidə şəxsi olaraq istifadə olunan bağların çəpərləri sökülmüş və ərazi ümumi olaraq bina sakinlərinin ixtiyarına verilib.

Həmçinin, sakinlər ərazinin çəpərlənməmişdən əvvəlki foto və videolarını təqdim edərək bildiriblər ki, bu ərazi 35 ildi yaşıllıqla əhatə olnmuşdu. Çəpərlənmədən sonra isə 130-a yaxın ağacın bəziləri başqa ərazilərə köçürülüb, köçürülə bilməyənləri isə gecə vaxtı kökündən kəsiblər.

Musavat.com qarşı tərəfin də fikirlərini də öyrənib. Özünü ərazinin sahibi olduğunu bildirən Temirov Rüstəm Həsrət Əli oğlu bütün sənədlərinin qaydasında olduğunu və sakinlərin etirazını əsassız sayıb. O, bildirib ki, sakinlər məndən bu əraziyə görə pul istədilər, vermədiyimi gördükdə isə bu addımı atdılar. Kəsilən ağaclara gəldikdə isə o, həmin ağacların kəsilməsindən xəbərsiz olduğunu bildirib.

Sonda etiraz edən sakinlər imza toplayaraq sənədləri aidiyyatı qurumlara göndəriblər, çəpərləri sökərək, əraziyə yenidən ağaclar əkiblər.

Bu gün də ərazidə gərginlik davam edir. Əraziyə yerli qurumun nümayəndələri və sahə mühəndisləri də baş çəkib. Onlar sakinlərlə görüşüb və bildiriblər ki, bu ərazidə heç bir tikili olmayacaq. Yerində isə park salınacağı açıqlanıb.

Maraqlıdır ki, ağac kəsilməsinə hər zaman həssas mövqe göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə ilə bağlı heç bir açıqlama verməyib. Xətai rayon İcra Hakimiyyəti də susqunluq nümayiş etdirib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar