Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quduzluğa qarşı yeni vaksinasiya

Kənd Təsərrüfatı Nazirliyi yeni vaksinasiya üzərində çalışır

Quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır. Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır.

Məlumata görə, bunu nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu peyvəndləmə üsulunun həm müsbət, həm də mənfi tərəfləri var:

“Oral vaksinasiyanın müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Ancaq bu vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya olunurlar və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır”.

A.Ömərov qeyd edib ki, hazırki vaxtda oral vaksinasiya tətbiq edilmir, bu tədbir helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir.

Nazirlik rəsmisi bildirib ki, ümumilikdə, itlərin populyasiyalarının artımı müşahidə olunur:

“Dünya təcrübəsində it və pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirirlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməsinin qarşısını alır”.(Trend.az)

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar