Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir deputatın biznes imperiyasının siyahısı yayıldı - Siyahı

Masallıdan seçilmiş Milli Məclisin deputatı Nəriman Əliyev çoxsaylı biznes şəbəkəsinə sahibdir

Azərbaycanda məmur-deputat oliqarxların biznes imperiyaları ilə bağlı zaman-zaman məlumatlar yayılır. Amma bu vaxta qədər məmur və deputatların bizneslə məşğul olması qadağan edildiyi halda yayılan xəbərlərlə bağlı heç bir rəsmi açıqlama olmayıb və ya araşdırılma aparılmayıb.

Ən yaxşı halda isə həmin şəxslərin özləri də deyil, yaxın ətrafı bu xəbərləri təkzib etməklə işlərini bitmiş hesab ediblər. Mövzu isə bir neçə gün mediada müzakirə edildikdən sonra unudulub.

Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Bu arada daha bir deputatın biznes imperiyası haqda siyahı yayılıb. Sosial şəbəkədə yayılan xəbərdə bildirilir ki, Masallıdan seçilmiş Milli Məclisin deputatı Nəriman Əliyev çoxsaylı biznes şəbəkəsinə sahibdir. Onun sahib olduğu biznesin yarımçıq siyahısı aşağıdakı kimidir:

1. “Ştutqart” mağazalar şəbəkəsi.
2. “Karkaz” avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi.
3. “Masallı” Konserv Zavodu.
4. İrandan ixrac olunan xurma monopolisti.
5. “Nur – M” şirkəti.
6. Masallı rayonunda “İstisu”da bir neçə istirahət mərkəzi.
7. Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli).
8. “Karqo” şirkəti və s.

Bütün bu şirkətlərin ay ərzində dövriyyəsi on milyonlarla ölçülür. (Savash.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar