Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaşda 14 nəfər qidadan zəhərlənib

Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Ləki kəndində qeydə alınıb. Kənd sakini olan bir çağırışçının hərbi xidmətdən qayıtması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən qonaqlardan 14-nün yeməkdən sonra halı pisləşib. Onlardan 8-nə zəhərlənmə əlamətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib. Qalan 6 nəfəri – Pirəzə kənd sakini, 2000-ci il təvəllüdlü Mustafayeva Rəqibə Söhrab qızı, Aşağı Ləki kənd sakinləri – 1990-cı il təvəllüdlü Abdullayeva Bibixanım Feruz qızı, 1960-cı il təvəllüdlü Abdullayev Abdulla Abdurrəhman oğlu, 1984-cü il təvəllüdlü Abdullayeva Nigar Namizəd qızı, 1996-cı il təvəllüdlü Abdullayeva Zərifə Teyyub qızı və 1988-ci il təvəllüdlü Abdullayev Orxan Yaşar oğlunun vəziyyəti ağır olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qonaqların ət yeməyi və ya paytaxt salatından zəhərləndiyi ehtimal edilir.

Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Ən çox oxunanalar