Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 mln. manat təşkil edib ki, onun da 857,7 mln. manatı heyvandarlıq, 36,5 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb

Pia.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə isə 24,7% artıb.

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və 2019-cu il aprel ayının 1-nə kimi 126,4 min hektar sahədə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10,4% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 21,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 28,8 min hektar sahədə kartof, 25,9 min hektar sahədə tərəvəz, 3 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə dən üçün günəbaxan, 40,7 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə iri buynuzlu mal-qaranın sayı 11,4 min baş azalaraq 2 672,7 min baş, qoyun və keçilərin baş sayı 95,5 min baş azalaraq 8 563,7 min baş olub. Bu dövrdə diri çəkidə 122,9 min ton ət, 467,5 min ton süd, 442,4 mln. ədəd yumurta, 68,3 min ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1%, süd istehsalı 2%, yumurta istehsalı 1,8%, tərəvəz istehsalı 32% artıb.

Bu ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,8% artıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1% azalıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 3,9% artıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Ən çox oxunanalar