Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlayıb

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində antisanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər keçirilib. Monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarına saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda, qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.

Aşkar olunmuş faktla bağlı laborator analizlərin aparılması üçün müvafiq qaydada nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar