Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc Tamaşaçılar Teatrında “Qızıl balıq” tamaşası hazırlanır

Gənc Tamaşaçılar teatrında Pərvinin "Qızıl balıq" (A.S.Puşkinin "Balıqçı və balığın nağılı" əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Tamaşada əsas rolları əməkdar artistlər Elşən Rüstəmov, Elnur Hüseynov, Kəmalə Hüseynova, Zemfira Əbdülsəmədova, aktyorlar Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov, Nurlan Süleymanlı canlandıracaqlar.

Pyesin ilk oxunuşunda tamaşanın rejissoru Elşad Rəhimzadə uşaqların mənəvi-estetik cəhətdən tərbiyəsi üçün bu cür mövzulara müraciət etməyin mühüm olduğunu vurğulayıb: "Bu il böyük rus şairi A.S.Puşkinin 220 illiyi tamam olur. Puşkin təkcə rus yox, dünya incəsənətinə, ədəbiyyatına təsir etmiş sənətkardır. Bu münasibətlə teatrımızın rəhbərliyi yazıçı-dramaturq Pərvinin "Qızıl balıq" pyesinə quruluş verməyi mənə həvalə etdilər. Ümumiyyətlə balacaların tərbiyəsi, şəxsiyyətin formalaşdırılması üçün belə ibrətamiz əsərlərin qoyulması, onlara təqdim olunması vacibdir. Gözütoxluğu, sədaqəti təbliğ edən bu səhnə əsərinin balaca tamaşaçılarımızın ürəyincə olacağına inanırıq".

Qeyd edək ki, tamaşanın premyerası may ayının ilk ongünlüyünə nəzərdə tutulub. (milli.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar