Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı

Azərbaycanı təmsil edən ağırlıqqaldıran Valentin Xristov 2012-ci ildə London olimpiadasında qazandığı bürünc medaldan məhrum edilib

PİA.AZ komanda.az-a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İntizam Komissiyası Xristovun olimpiada vaxtı antidopinq qaydalarını pozduğunu ortaya çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bununla da, bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın həmin yarışda 4-cü olmuş Tran Le Kuok Toana (Vyetnam) verilməsi qərara alınıb.

Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, 2015-ci ildə orqanizmindən "nandrolon" tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar