Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan lideri Azərbaycan pavilyonuna gəldi

Azərbaycanın Pakistandakı səfirliyinin və Pakistanın da daxil olduğu Novruz bayramını qeyd edən ölkələrdən 9-nun səfirliklərinin təşkilatçılığı ilə İslamabadda “Novruz 2019” adlı tədbir keçirilib

Azərbaycan səfirliyindən verilən məlumata görə, Pakistan Prezidenti Arif Alvinin ali qonaq qismində təşrif buyurduğu, Pakistan Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, ictimaiyyət nümayəndələri və media mənsublarının qatıldığı tədbirdə təmsil olunan Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələri təqdim edib. Tədbirdə Azərbaycan həqiqətlərinə dair, Azərbaycanın sosial-iqtisadi tərəqqisini, inkişafını özündə əks etdirən müxtəlif əyani materiallar da sərgilənib, həmçinin xüsusi mədəni proqram çərçivəsində milli musiqi və rəqslərimiz milli geyimdə olan uşaqlarımız tərəfindən ifa edilərək tamaşıçılara təqdim olunub.

Pakistan Prezidenti və digər qonaqlar Azərbaycan səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını ziyarət ediblər.

Tədbiri təşkil edən səfirlikləri təbrik edən A.Alvi Novruz bayramının əsrlərdir regionda sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulayıb, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə edib, əlaqədar ölkələrin səfirlikləri tərəfindən nümayiş etdirilən mahnı və rəqslərin, milli yeməklərin onu valeh etdiyini diqqətə çatdırıb.

İştirakçıların Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən sərgilənən milli mətbəx nümunələrindən şəkərbura, paxlava, qoğal, dolma, qutab və digər təamlara, Azərbaycanda istehsal olunmuş məhsullara, həmçinin Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Azərbaycanın milli bayramı kimi Novruzun təşəkkülü və qeyd olunmasına dair kitablara, eləcə də Azərbaycanın siyasi və iqtisadi inkişafını və qədim mədəniyyətini təsvir edən nəşrlərə böyük maraq göstərdiyi müşahidə edilib. Novruz bayramının əsas qəhrəmanları olan Keçəl və Kosanın çıxışı, yumurta döyüşdürmə yarışı Azərbaycan səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatıb, ifa edilən Azərbaycan rəqsləri alqışlarla qarşılanıb. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Ən çox oxunanalar