Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya orduları piylənməyə qarşı müharibəni uduzurlar

"RAND Corporation" beynəlxalq araşdırmalar mərkəzinin 2018-ci ildəki hesabatına görə, Amerika əsgərlərinin təxminən üçdə ikisi artıq çəkidən əziyyət çəkir. ABŞ ordusunda insanın çəkisi və boyu arasındakı nisbətə nəzərən bədən çəkisinin indeksi tətbiq olunur

Son zamanlar ölkədə hərbi xidmətə getmək istəyənlərin sayı azalır.

ABŞ - daxili düşmən

2017-ci ildə əsas hərbi xidmət dövrü hesab olunan 17-24 yaş aralığındakı gənclərin yalnız 11%-i orduya getmək istədiyini bildirib. Onların az qala üçündən biri bədən çəkisi indeksinin yüksək olması səbəbindən rədd cavabı alıb.

İstefada olan general-mayor Ceffi Fillipsin sözlərinə görə, ABŞ ordusu piylənmədən əziyyət çəkən əsgərlərin müalicəsinə və onların başqalarıyla əvəz edilməsinə hər il 1,5 milyar dollar vəsait xərcləyir.

Çin: zərərli yeməklər və mastrubasiya

Həddindən artıq zərərli yeməklər və mastrubasiya - Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusunun rəsmi mətbu orqanının qənaəti belədir.

Pis qidalanma, hərəkətsiz həyat tərzi... və özünü təmin etmə - orduda xidmət üçün vacib olan fiziki hazırlıq yoxlamasından gənclər buna görə keçə bilmirlər.

"Bu, kompyuter arxasında çox oturmaqdan, sürəkli mastrubasiyadan və fiziki aktivliyin azlığından irəli gəlir" - dərc edilmiş materialda belə yazılır.

Çağırışçılara qarşı tələblərin çox da ciddi olmamasına rəğmən, 2017-ci ildə onların 20%-i artıq çəki probleminə görə geri qaytarılıb. Bəzi hərbçilər hətta 5 kilometrlik qaçış məsafəsini də başa vura bilməyiblər.

İran: artıq çəki

Hərbi mövzulardan yazan Globalfirepower.org saytının məlumatına görə, İran ordusunda yarım milyon nəfərlik canlı qüvvə çatışmazlığı var.

"BMC Public Health" jurnalının araşdırmasına görəsə hərbçilərin 13%-i piylənmədən, 41%-i artıq çəkidən əziyyət çəkir.

Böyük Britaniya: dadlı, amma zərərli qidalar

Ötən ilin noyabr ayında Britaniya KİV-i əsgərlərdəki artıq çəki problemiylə bağlı zarafatlarla doluydu. Buna İngiltərənin şimalındakı böyük hərbi bazada Kateriksk qarnizonuna aid hərbi hissələrin ciddi nəzarət altına alınması xəbəri səbəb olmuşdu.

Hərbçilərə dadlı un məmulatlarıyla məşhur olan "Gregg's" adlı kafeyə getmək qadağan edilmiş, mətbuat xəbər tutmuşdu ki, hərbi komandanlq dadlı, amma zərərli şeylər yeyən əsgərlərin xarici görünüşündən narahatdır. Həmin ərəfədə Müdafiə Nazirliyi hərbçilərin təxminən 10%-inin piylənmədən əziyyət çəkdiyini açıqlamışdı.

Bu problem Britaniya ordusuna ciddi maliyyə xərcləri vəd edir. Lordlar Palatasının üzvü, cərrah Makkoll artıq çəkili hərbçilərə görə tezliklə təyyarələrdə katapult oturacaqlarını, sualtı gəmilərdə isə qəza lyuklarını dəyişmək lazım gələcəyini bildirib.

Hindistan: piylənməyə görə cərimə

2016-cı ildə aparılmış araşdırmanın nəticələrinə görə, Hindistan hərbçilərinin üçdə birində artıq çəki problemi var.

Ötən ilin aprel ayından piylənməylə mübarizə üçün orduda sərt qaydalar müəyyənləşdirilib. Məsələn, arıtq çəkisi olan hərbçilərin çinini artırmamaq və onları diplomatik missiyalı işlərə cəlb etməmək haqqında qərar qəbul edilib.

Bundan başqa, gələcəkdə təsadüfi seçmə üsuluyla planlaşdırılmamış yoxlamalar keçirmək, çəkisi normadan 10% artıq olanları cərimələmək nəzərdə tutulur.

"İstəmirik ki, bizim kişilərdə piylənmədən qaynaqlanan xəstəliklər əmələ gəlsin. Üstəlik, belələrinin çox olması səhra şəraitində ordunun müdafiə qabiliyyətini aşağı salır" - hindistanlı zabit "İndia Today" qəzetinə müsahibəsində belə deyib.

İspaniya: yaxası açıq köynəklər və artıq çəki

Ötən il İspaniyanın elit piyada alayı "La legion" açıq yaxalıqlı köynəklərə görə mətbuatda müzakirə müzakirə mövzusuna çevrilmişdi. Həmçinin məlum olmuşdu ki, bədən çəkisi indeksinin ənənəvi yoxlanışında əsgərlərin 6%-nin piylənmədən əziyyət çəkdiyi üzə çıxıb. Onlar xüsusi pəhriz saxlamaq məcburiyyətində qalmışdılar.

CAR: dar kəmərlər və yoğun bellər

Hərbi Səhiyyə Xidmətinin 2012-ci ildə açıqladığı statistikaya görə, CAR ordusunda hərbçilərin 10%-i piylənmədən əziyyət çəkir. Mütəxəssilər xəbərdarlıq edirlər ki, bu, ölkənin özünümüdafiə qabiliyyətini təhlükə altında qoyur.

"Kişi və qadınlardan ibarət 76 min nəfərlik nizami ordunun 10%-i tibbi nöqteyi-nəzərdən xidmətə yararsızdır. Rotasiya və təlim zərurətini nəzərə alsaq, bu o deməkdir ki, daimi sərəncamda cəmi 2 minə yaxın hərbçi var" - CAR-ın "Daily Maverick" xəbər portalına müsahibəsində Müdafiə Nazirliyinin "Brenthurst" fondunun direktoru Qreq Mills belə deyib.

Meksika: vaxtından əvvəl istefa

Şəxsi heyətdə piylənmə problemiylə mübarizə çərçivəsində Meksika hökuməti 2015-ci ildə 1300-dən çox hərbi qulluqçunu istefaya göndərib, 12 min nəfərə isə arıqlamaq tapşırığı verilib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının elə həmin il açıqladığı hesabatda qeyd edilib ki, piylənmə problemi olan insanların sayına görə (əhalinin 32,4%-i) Meksika 35 ölkə arasında ikinci yeri tutur. Siyahıya 38,2%-lə ABŞ başçılıq edir.

Rusiya - ordudan uzaqlaşdırma

Rusiyada xüsusilə kök olan hərbçiləri ordudan kənarlaşdırma təhlükəsi gözləyir. 2017-ci ildə mətbuatın yazdığına görə, dördüncü dərəcəli piylənmə diaqnozu olanları hərbi xidmətən birdəfəlik uzaqlaşdırmaq, üçüncü dərəcəliləri isə arxa strukturlardakı eyni vəzifəyə keçirmək təklifi səslənib.

Piylənməyə görə hərbi xidmətdən neçə nəfərin ixrac edildiyi barədəsə statistik məlumat yoxdur.

Nə üçün bu, böyük problemdir?

Fiziki hazırlıq vəziyyətinə və mütəmadi məşqlərə görə hərbi qulluqçular adi əhalidən fərqlənməlidirlər. Amma bir çox hallarda bu, belə olmur.

Bəzi elmi araşdırmaların nəticələrinə görə, hərbçilər tez-tez stresli situasiyalarla və həyat üçün təhlükəli hallarla üzləşirlər, çox vaxt yuxusuz qalırlar və bütün bunlar qida rejimini pozur.

Amma səbəb nə olur-olsun, mahiyyət dəyişmir: artıq çəki hərbi qüvvələrin ciddi düşmənidir. (BBC)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar