"Azərbaycanlı müğənnilərdən Sevda Ələkbərzadəni bəyənirəm"
Bu sözləri "106.3 FM"də DJ Kazım Sübhanın suallarını cavablandıran türkiyəli müğənni Murat Boz deyib.
O, əməkdar artistin heyranı olduğunu dilə gətirib:
"Sevda Ələkbərzadənin ifasına "Alagöz" mahnısını sevirəm. Dünya səviyyəsində bir səsi var. İnanılmaz mahnıları var. Amma o işin sehri əslində, Sevda xanımın səsində gizlidir. Onun hər mahnısını siz oxuya bilməzinsiniz. Çox istedadlı sənətçidir. Qulaq asdığım önəmli sənətçilərdən biridir".
Boz müsahibəsi zamanı Azərbaycanın mahnısı oxumaq istədiyini də deyib.(axsam.az)
pia.az