Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Problem Kremldən qaynaqlanır"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır

İranın Azərbaycana qarşı siyasi demarşlarının arxasında Tehran-Moskva işbirliyinin dayanması istisna deyil. Çünki, son aylarda Rusiya ilə əlaqələrdə müəyən dərəcədə rəsmi səviyyədə yüksək görüşlər keçirilmir. Bu problem Kremldən qaynaqlanır.

Ermənistan rəhbərliyinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri eyni mərkəzin ssenarisidi. Görünür, Rusiyanın Azərbaycandan istəkləri var. İran prezidenti Həsən Ruhanin İslam inqilabının 40 illik mərasimindəki çıxışında ölkəmizə qarşı ərazi iddias ilə başlamış siyasi avantürasının ardınca Ermənistan baş naziri Nikol Paşinyanın yüksək səviyyədə qəbul edilməsi və İran vətəndaşları olan ermənilərin məlum Qarabağla bağlı plakatının qaldırılmasına şərait yaratması rəsmi Tehranın ölkəmiz əleyhinə yönələn siyasətidir. Göründüyü kimi bir neçə gündür ki, İrandan təxribatlara ara verilmir. Xarici işlər naziri Elmar Məmmədyarov ötən gün İrana rəsmi səfəri çərçivəsində prezident Ruhani ilə görüşü bu ölkənin aparıcı kütləvi informasiya vasitələrində xarici işlər naziri səfir kimi təqdim edilərək, etimadnaməsinin prezident tərəfindən qəbul edildiyi qeyd olundu. Məgər, bütün məsələlərə diqqətlə yanaşan İran KİV prezidentin kimlə görüşdüyünü bilmir? Qeyd edim ki, İran KİV bu təlimat Ruhanin adminstrasiyasından verilib. Bu, Azərbaycana qarşı növbəti diplomatik hörməsizlikdi. İrandan davam edən bu siyasi demarşlar fonunda Füzuli istiqamətində dövlət sərhəddində Azərbaycan sərhədçilərinə silahlı basqını biz adi sərhəd pozuculuğu kimi necə qəbul edə bilərik?! Azərbaycanın ABŞAvropa ilə sıxlaşan əməkdaşlığı, Brüssellə gözlənilən çərçivə sazişinin bağlanması Moskva və Tehranı narahat edir.

Ölkəmizə qarşı davam edən bu təzyiq və təxribatlara rəsmi Bakı soyuqqanlıqla yanaşır. Azərbaycanın bundan sonra Cənubi Qafqazda manevr siyasətinə, deyil milli maraqlara cavab verəcək siyasət aparacağı prezident tərəfindən bəyan edilməsi Moskva və Tehran rəsmilərində soyuq duş effektdi yaradıb. Azərbaycan bu geoplitik qarşıdurmada tək deyil. Türkiyə Azərbaycanın yanındadır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar