Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə qarşıdurma – Elman Məmmədov başçı ola biləcəkmi?

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov icra başçısı olmaq üçün hərəkətə keçib

Kürdəmirdən daxil olan məlumata görə, rayon icra başçısı Ceyhun Cəfərovla Regional Mədəniyyət İdarəsinin müdiri Elman Məmmədov araında münasibətlər ciddi şəkildə pisləşib. Buna səsəb isə Elman Məmmədovun Kürdəmir icra başçısı olmaq eşqinə düşməsidir.

AzToday.az-a daxil olan məlumata görə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri hakimiyyətin yuxarı qanadında özünə bəzi havadarlar tapıb. Məhz həmin havadarlara arxalanan Elman Məmmədov yaxın həftələrdə Ceyhun Cəfərovun yerinə təyinat alacağını ətrafı ilə bölüşüb.

Regional Mədəniyyət İdarəsi müdirinin onun yerinə göz dikməsi xəbərini eşidən Ceyhun Cəfərovun isə hərəkətə keçdiyi deyilir. Belə ki, adının açıqlanmasını istəməyən və Elman Məmmədova yaxın olan şəxslərdən birinin saytımıza verdiyi məlumata görə icra başçısı Ceyhun Cəfərov idarə rəisindən narazı olanları onun üstünə qaldırmaqla məşğuldur.

Artıq bir neçə narazı şəxs Elman Məmmədovla bağlı Prezident Aparatına və Mədəniyyət Nazirliyinə dayanmadan şikayət məktubları göndərməkdədirlər. Məlumata görə Ceyhun Cəfərov qısa müddət ərzində Elman Məmmədovu yuxarı dairələrin gözündən salmaq istəyir.

Mənbəmiz həmçinin bildirir ki, başçı ilə Elman Məmmədov arasında bu barədə söhbətdə olub və Regional Mədəniyyət İdarəsinin müdiri and içərək yayılan məlumatların yalan olduğunu deyib. Amma Ceyhun Cəfərov Elman Məmmədovun bu andına heç də inanmayıb və ona görədə ona qarşı qaralama kompaniyasını davam etdirməkdədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Ən çox oxunanalar