Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda Gülənə işləyən KİV-lər var” - Parlament sədri

Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin Fətullah Gülənin terrorçu hərəkatı ilə mübarizəsini yüksək qiymətləndirib.

“Anadolu” agentliyi xəbər verir ki, bununla belə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib.

“Gülən hərəkatı ilə mübarizədə əməkdaşlıq iki qardaş ölkənin tərəfdaşlıq ruhuna cavab verir”, - Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin xarici siyasətində önəmli yer tutur və Ankara regional və beynəlxalq səviyyədə Bakının maraqlarının müdafiəsinə can atır.

Spiker həmçinin Azərbaycanla Şimali Kipr Türk Respublikasının (ŞKTR - KKTC) dialoqunun əhəmiyyətini qeyd edib.

“ŞKTR parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu. Azərbaycanın dəstəyi kiprli türklərin mənəvi durumu və Kiprdə münaqişənin ədalətli tənzimlənməsi baxımından vacibdir”, - Şentop vurğulayıb.

Öz növbəsində, Milli Məclisin spikeri türkiyəli həmkarını yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.

Əsədov xatırladıb ki, bu günə qədər Bakı ilə Ankara arasında 230 müxtəlif saziş imzalanıb və 30 saziş də imzalanmağa hazırlanır.(Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar