Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Petkim”in aktivləri 62% artıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (Petrokimya) Holding A.Ş" 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

Ötən il "Petkim"in xalis mənfəəti 872 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.

2018-ci ildə "Petkim"in dövriyyəsi 9,3 mlrd. TRY olub. Şirkətin aktivləri 62% artaraq 12,6 mlrd. lirəyə çatıb.

"Petkim"in faiz, ammortizasiya və vergidən əvvəlki mənfəəti 1,523 mlrd. TRY olub. 2018-ci ildə "Petkim"in məhsullarının satışı 1,8 mln. ton təşkil edib ki, bunun da 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixrac olunub.

"Petkim"in baş direktoru Anar Məmmədov bildirib ki, 2018-ci il rəhbərlik etdiyi şirkət üçün uğurlu il olub: "Dünyada qlobal iqtisadi dalğalanmaların olduğu 2018-ci ildə biz məhsuldarlığa yönəlib, uzunmüddətli planlar quraraq göstəriciləri müsbətə çevirə bildik, qlobal və daxili dəyişiklikləri yaxından izlədik. Bazarın və müştərilərin tələblərini əvvəldən gördük və tələblərə cavab verdik. İdxalçıların çətinlik çəkdiyi şərtlərdə belə yerli istehsalçıları xammalla təmin edərək iqtisadiyyata töhfə verməyə davam etdik. Planlaşdırılmış texniki baxım işləri 63 günlük planlaşdırılsa da 53 gün ərzində başa çatdırıldı".

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR "Petkim Holding"də 51% paya malikdir, "Petkim"in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. (report.az)

pia.az


Etiket: “Petkim”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Ən çox oxunanalar