Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bayıl sürüşmə zonasının sakinləri ilə görüşü zamanı kompensasiya barədə söhbət olmayıb

Bu barədə komitədən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan bildirilib ki, bu gün bəzi internet-media portalları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul etdiyi, onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə, kompensasiya ödəniləcəyini dediyi barədə məlumat yayıb:

"Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Komitəsinin sədri həmin ərazidə evləri olan məcburi köçkünlərlə görüşüb, onların müraciətini dinləyib.

Məcburi köçkünlərin yazılı müraciəti müvafiq qaydada qeydiyyata alınıb. Onlara evləri söküləcəyi təqdirdə kompensasiya ödəniləcəyi və məsələnin bu həftə ərzində öz həllini tapacağı barədə heç bir rəsmi cavab verilməyib".

"Ümumiyyətlə, görüşdə kompensasiya barədə söhbət olmayıb", - deyə komitədən qeyd edilib.

Qeyd edək ki, bəzi xəbər saytlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu gün Bayıl sürüşmə zonasının sakinləri ilə görüşü zamanı onların ev deyil, kompensasiya istəməsi barədə açıqlaması yayılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar