Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikaya dağ vurmuş çuğulçuluq

Hərbi sirləri İrana satmış veteranla birlikdə 4 haker ifşa edilib

Cek Detş

“Əl-Monitor”, 14.02.2019

Bu gün Ədliyyə Nazirliyi Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq xanım zabiti barədə 27 səhifəlik iddianaməni açıqlayıb. O, gizli məlumatları İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) ötürməkdə ittiham olunur.

İddianamədə, həmçinin Tehrandakı mərkəzi hərbi komandanlıqla əlaqəli olduğu iddia edilən dörd haker barədə də ittihamlar mövcuddur.

Məsələnin vacibliyi

Bugünkü iddianamə İranın kibercinayətkarlığa olan marağının səviyyəsini göstərir. Monika Elfriede Vittdən əldə edilən gizli məlumatlara əsaslanan İİKK-nin hakerləri ABŞ-da casusluq agentliklərini hədəf alan zərərli proqramlar və saxta sosial media profillərini inkişaf etdirməyə çalışıblar.

Bu səylər klaviatura vuruşlarını ələ keçirmək və veb kameralara giriş, “malware-infused” əlavələri, habelə iranlı hakerlərin pornoqrafik şəkillər vasitəsilə ABŞ səlahiyyətlilərini aldatması ilə, kompüter şəbəkələrinə tunel açılmasına izn vermən proqram təminatlarını hazırlanması daxil olub.

Onlar, həminin ABŞ-ın hərbi kəşfiyyat işçiləri ilə “dostlaşmaqdan” ötrü şübhə doğurmayacaq saxta elektron poçtlar və “Facebook” profilləri yaradıblar.

Yaxın dostları uzaqda saxlamayın

ABŞİran 1979-cu ilin İslam İnqilabının baş verməsi ilə, yəni qırx ildir ki, formal olaraq diplomatik əlaqələri qırıblar. Bugünkü iddianamə, Tehran və Vaşinqton arasındakı uçurumun nə qədər dərin olduğunu ortaya qoyur.

Vitti dindirən müstəntiqlər malik olduqları dəlillərlə onun şübhələri İrandan çəkməsinə imkan verməyiblər. Çətin vəziyyətə düşdüyündən o, İİKK üzvləri ilə əlaqələri və anti-ABŞ təbliğat videolarına çəkilməsini dana bilməyib.

Monika Vitt hələ 2013-cü ildə şəxsiyyəti bilinməyən bir rezidentə yazıb: “Ümid edirəm ki, Rusiya ilə mqayisədə, bəxtim gətirəcək, özümə uğurlar diləyirəm”. Daha sonra: “İranın şübhələrindən qəzəblənməyə başlayıram”.

HHQ veteranı Kabildəki İran səfirliyinə yolanıb və “hər şeyi söyləyib”.

Şübhəlilər

Şübhəlilərdən biri olan Behzad Mesri 2017-ci ildə ABŞ-ın bir dairə mahkəməsi tərəfindən şantaj yolu ilə 6 milyon dollarlıq bitkoin almağa cəhd göstərməkdə günahlandırılıb.

Bundan sonra nə olacaq?

Donald Tramp administrasiyası İranın proksi qüvvələri və Yaxın Şərqdə raketlərinin yayılması çağırışları kimi, İran hakerlərinin daha çoxunun adlarını açıqlayacaq.

ABŞ hüquq-mühafizə orqanlarının əlindəki Vittə qarşı ABŞ-da keçiriləcək məhkəmənin tarixi yəqin ki, gec bilinəcək. İddianamədəyə əsasən, Barak Obama administrasiyası dövrünə aid olan İran kiber cinayətkarlarına istiqamətli istintaqın aparılcağı gözlənilir. Ədliyyə Nazirliyinin hazırkı modeli ilə.

Keçən il bir federal məhkəmə heyəti 34 aylıq “SamSam” proqramı ilə bağlı iki iranlıya qarşı ittham irəli sürüb. Onlar xəstəxanalarda və dövlət qurumlarında kompüterləri bloka salıblar.

ABŞ səlahiyyətliləri bir sıra Amerika və xarici universitetlərdə kiber oğurluqları aşkarlayana qədər 30 milyon dollar zərər qeydə alınıb.

Daha çox məlumat

İranın rəqəmsal təcavüzlərindən qorxan təkcə ABŞ deyil. Yeni seçkilər ərəfəsində İranın kiber müdaxiləsi ilə bağlı İsrailin də böyük narahatlıqları var.

Tərcümə: Strateq.az

pia.az


Etiket: Amerika İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib

Ən çox oxunanalar