Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu ünvanlayıb
PİA.az Axar.az-a istinadən məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Bukele,
El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
pia.az