Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Acundan Şeymaya böyük zərbə: Bundan sonra...

Acun Ilıcalı noyabrda boşandığı keçmiş həyat yoldaşı Şeyma Subaşına qızı ilə şəkil paylaşmasına qadağa qoyaraq alimentinin bir hissəsini əlindən alıb

Türkiyə mətbuatı xəbər verir ki, Acun Ilıcalı Şeyma Subaşının razılığı ilə məhkəməyə müraciət edərək qızının qəyyumluğunu almağa nail olub. Buna səbəb kimi Şeyma Subaşının tez-tez səyahət etməsi göstərilib. Məlum olub ki, Acun qızı üçün daha Şeymaya aliment ödəməyəcək. Şeyma Subaşı isə qəyyumluğun dəyişdirilməsindən sonra artıq 115 min lirə aliment alacaq.

Qəyyumluq dəyişdiyi üçün Şeyma daha qızı ilə bağlı foto və videoları instaqramda əvvəlki kimi rahatlıqla paylaşa bilməyəcək. İstifadə edərsə, Acun dərhal tədbir görəcək. İddia edilir ki, Acun Şeyma Subaşına bu barədə ciddi xəbərdarlıq göndərib.

Bütün bunlardan sonra Şeyma sosial şəbəkə üzərindən eks-ərinə mesaj yollamağa başlayıb. O, instaqramda “Ruh əkizim, çox darıxdım, səni yenidən qucağıma ala bilmək üçün səbirsizlənirəm, çox az qaldı”, - deyə qeyd edib.

Cütlüyün qızı Melisa bir müddətdir ki, atası Acun Ilıcalının yanında Dominikanda tətil edir.

Ərindən boşandıqdan sonra italyan DJ ilə sevgili olan Şeyma növbəti paylaşımında Acunun ondan qisas almağa çalışmasına işarə vurub. O, "Ehtirasın nə olduğunu anladan ən gözəl foto. Ambisiya adamın gözünü kor edər! Qəzəb göz qaraldır. Qəzəb üz qızardır” yazılmış şəkil paylaşıb. (Publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Ən çox oxunanalar