Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadr və struktur islahatları ölkədə siyasi proseslərə necə təsir edir?

Politoloq: “İdarəetmənin daha məhsuldar işləməsinə və ölkənin korrupsiya bataqlığından xilas edilməsinə ciddi ehtiyac var”

“İdarəetmənin daha məhsuldar işləməsinə və ölkənin korrupsiya bataqlığından xilas edilməsinə ciddi ehtiyac var”.

Bu sözləri politoloq Qabil Hüseynli son zamanlar aparılan struktur və kadr islahatlarının siyasi təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, son 15 ildə dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edir. Bu islahatlar eyni zamanda Azərbaycanın sosial-iqtisadi yüksəlişi üçün də nəzərdə tutulub. Ekspertlərin fikrincə, struktur və kadr islahatlarının əsas məqsədi sosial-iqtisadi baxımdan idarəçilikdə ortaya çıxan boşluqları daha optimal variantla doldurmaqdan ibarətdir.

Təbii ki, bu proseslərin ölkənin siyasi mühitinə təsiri də danılmazdır. Mövcud islahatların nəticəsi olaraq vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi, onlara lazım olan dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olması əsas prinsiplərdəndir. Çoxları belə güman edir ki, bu islahatların son hədəfi “köhnə qvardiya”nın və nomenklaturanın texnokrat gənclərlə əvəz olunmasıdır.

Maraqlıdır ki, Azərbaycanda son zamanlarda aparılan struktur və kadr islahatlarının siyasi proseslərə təsiri ilə bağlı nə demək mümkündür və bu islahatlar nəticəsində Azərbaycanda hansı siyasi dəyişikliklər müşahidə edilə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Qabil Hüseynli: ““Köhnə qvardiya”nın texnokrat gənclərlə əvəz olunması zamanın tələbidir”.

Mövcud struktur və kadr islahatlarının siyasi proseslər daxil, bütün sahələrə müsbət təsir edəcəyini ehtimal edən politoloq Qabil Hüseynliyə görə, bu islahatların əsas məqsədlərindən biri də çoxsaylı məmur ştatlarının ləğv edilməsidir:

“Aparılan struktur islahatları ölkədə idarəetmənin məzmun və xarakterini ciddi surətdə dəyişməyə hədəflənib. Bizdə hələ də Sovet dövründən qalma bürokrativ idarəetmə mexanizmi mövcud idi və həmin idarəetmə mexanizmi səmərəli işləyə bilmirdi. Orada çoxsaylı məmurlar ordusu, bir-birini təkrarlayan idarəetmə strukturları var idi. Faktiki olaraq, onlar bir-birini əvəzləməklə səmərəli ola biləcək idarəçilik formalarının tətbiqinə ciddi sürətdə əngəl yaradırdı.

Prezident İlham Əliyevin fərmanı ilə bir çox idarəetmə strukturları ya ləğv edilib, ya da birləşdirilib. Nəticədə daha modern, yığcam və səmərəli işləyə biləcək idarəetmə mexanizmlərinin yaradılmasına başlanılıb. Fikrimcə, bu islahatlar başa çatdıqdan sonra yeni yaradılmış strukturlar daha səmərəli şəkildə çalışmağa başlayacaqlar. Struktur islahatları inqilabi xarakterli dəyişikliklərlə müşayiət olunur. Beləliklə, özünü doğrultmayan, idarəetmədə əngələ çevrilmiş strukturlar ləğv edilib. Az sayla çox nəticələr əldə etməyə yönəlmiş idarəetmə strukturları formalaşdırılır.

Qabil Hüseynli: “Bu məmurlar dəyişilməyə taqətləri olmayan insanlardan ibarətdirlər. Onlar artıq idarəetmədə öz potensiallarını tükədiblər”.

Bu islahatlar postsovet məkanında istər ölkələrin üzləşə bildiyi problemlərin həllinə, köhnə büroktarik aparatın çoxsaylı məmurlarının ləğv edilməsinə və ciddi nəticələrə hesablanıb. İslahatlar başa çatandan sonra Azərbaycanda proseslərə vaxtında və operativ müdaxilə edə bilən bir idarəetmə formalaşacaq. Nəticə etibarilə ölkədə idarəetmə məhsuldar qüvvələrin inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə səbəb olacaq.

Onu da qeyd edim ki, “köhnə qvardiya”nın texnokrat gənclərlə əvəz olunması zamanın tələbidir. Elə köhnə məmurlar var ki, illərdir eyni sahəyə rəhbərlik edirlər və bu cür məmurların sayı kifayət qədər çoxdur. Bu məmurlar dəyişilməyə taqətləri olmayan insanlardan ibarətdirlər. Onlar artıq idarəetmədə öz potensiallarını tükədiblər. Bu baxımdan potensiallı yeni standartlara cavab verə bilmirlər.

Hesab edirəm ki, yeni tərzdə düşünməyi bacaran, ölkənin iqtisadi problemlərini həll edə bilmək qabiliyyətinə malik olan və daha çox texnokrat meylli insanlar mövcuddur. Burada söhbət təkcə cavanlardan getmir. Hal-hazırda əvəzetmə prosesi getməkdədir. Əsas məsələ prosesin uğurla başa çatdırılması və yeni kadrların işinə ciddi nəzarət edilməsidir. İdarəetmənin daha məhsuldar işləməsinə və ölkənin korrupsiya bataqlığından xilas edilməsinə ciddi ehtiyac var”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar