Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmək müqaviləsini rəsmiləşdirməyən sahibkarı nə gözləyir?

Bu il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalarla əlaqədar mühasiblər və insan resursları üzrə çalışanların işi artıb

Ölkədə əməkhaqqı sisteminin ağardılması ilə bağlı müəyyən işlərə artıq start verilib. Bəs bu yeniliklər sahibkarlar və işçilər üçün nə vəd edir?

Qanunun tələbini yerinə yetirməyən işəgötürənlərlə bağlı cərimələr və cəza tədbirləri kifayət qədər sərtləşdirilib.

İqtisadçı Anar Bayramovun sözlərinə görə, işçilərlə bağlanan əmək müqavilələrinin leqallaşdırılması nəticəsində tərəflər arasında münasibətlər artıq şifahı yox, rəsmi sənədlə tənzimlənəcək. İşəgötürən işçinin əmək funksiyasının və iş vaxtının düzgün uçotunu təşkil edəcək.

İşçi rəsmi əmək müqaviləsinin müsbət imkanlarından (əmək məzuniyyəti, maliyyə alətləri əldə etmək imkanı, müavinətlər və s.) faydalandığı üçün bu tip iş yerində daha uzunmüddətli çalışacaq ki, bu da işəgötürən üçün işçi axınının qarşısını almağa xidmət edəcək. İşçi ilə əmək müqavilələrinin rəsmiləşdirilməsi nəticəsində formalaşan əməkhaqqı fondunun xərcləri hesabına işəgötürənin hesabladığı mənfəət (gəlir) vergisinin həcmi azalacaq.

Misal:

1.000 manat əməkhaqqının rəsmiləşdirilməsi nəticəsində vergi ödəyicisinin 1.000 manat əməkhaqqı xərci formalaşır. Bundan əlavə, əməkhaqqı fonduna hesablanan məcburi dövlət sosial ayırması və işsizlikdən sığorta haqqı kimi müvafiq olaraq 164 manat (44 manat + (1.000-800) x 15%) və 5 manat (1.000 manat x 0,5%) icbari ödənişlər yaranır.

Vergi ödəyicisinin 1.000 manatlıq əməkhaqqı fonduna görə ümumi formalaşan xərci 1.169 (1.000+164+5) manat təşkil edəcək. Bu xərc maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olduğu üçün yekunda işəgötürən 233,80 manat (1169 manat x 20%) gəlir (mənfəət) vergisi ödəməkdən azad olacaq.

Əmək müqaviləsi üzrə uçot sistemini düzgün quran sahibkar dividend gəlirləri üzrə vergi güzəşti əldə edəcək. Qaydalara əməl etməyən sahibkarları isə ciddi maliyyə sanksiyaları və hətta həbs cəzası gözləyir.

A.Bayramovun sözlərinə görə, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, birinci dəfə 2.000 manat, ikinci dəfə 4.000 manat, üç və daha çox halda 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bundan əlavə, əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı cəza tədbirləri Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (Oxu.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar