Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ekoloji tarazlıq pozulub? - Ekoloqdan sensasion açıqlamalar

Ekoloq: “Ortalığa atılan “qlobal istiləşmə” oyunu ilə bütün iqtisadiyyatımızı çökdürmək istəyirlər”

“Hər 70 ildən bir havalar gah isinir, gah soyuyur. Bu, Allah-Təalanın təbiətə qoyduğu qanundur”.

Bu sözləri ekoloq Telman Zeynalov Azərbaycanın ekoloji vəziyyətini şərh edərkən PİA.az-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə Avropa Yenidənqurma və İnkişaf Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələrə sərmayə yatırmaqda maraqlıdır. AYİB-in Azərbaycan üzrə 2019-cu il üçün prioritetlərindən danışam İ.Duarte qeyd edib ki, sərmayə üçün lazımlı istiqamətlər Azərbaycan üzrə bankın qüvvədə olan ölkə strategiyasında müəyyən edilib.

“AYİB iqlim layihələrinin maliyyələşdirilməsi sahəsində öz hədəflərinə nail olmaq üçün işlərini davam etdirir və 2018-ci ildə bankın sərmayələrinin 36 faizi yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəldilib. Bu tendensiyanı biz Azərbaycanda da təkrarlamaq istərdik”, deyə İvana Duarte öz açıqlamasında qeyd edib.

Maraqlıdır ki, Azərbaycanda iqlim dəyişikliyi problemi varmı və bu gün beynəlxalq siyasətin əsas müzakirə mövzusu olmaqda davam edən qlobal istiləşmə prosesinin Azərbaycana hansısa təsirləri müşahidə olunurmu? Ümumiyyətlə, Azərbaycanın ekoloji vəziyyətini təhlükəli hədd kimi dəyərləndirmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalovun fikirlərini öyrənib.

Telman Zeynalov: “Oyunu təşkil edən qüvvələr bu üsulla iqtisadi cəhətdən xırda dövlətləri özlərindən asılı vəziyyətə salmaq istəyirlər”.

Azərbaycanın ekoloji vəziyyətini təhlükəli həddə olmadığını qeyd dən ekoloq Telman Zeynalova görə, iqlim dəyişikliyinin ölkə iqtisadiyyatına təsiri qaçınılmazdır:

“Öncəliklə qeyd edim ki, Azərbaycanda qlobal istiləşmə müşahidə olunmur. Bu, sadəcə çirkli bir oyundur və ortalığa atıblar. Ortalığa atılan “qlobal istiləşmə” oyunu iləbütün iqtisadiyyatımızı çökdürmək istəyirlər. Bu oyunu quranların istəyi kiçik dşvlətləri daha çox asılı vəziyyətə gətirməkdir. Nəticədə dünyanın çoxlu ölkələrində zavodlar, müəssisələr bağlanıb. İnsanlar işsiz, çörəksiz qalıb. Halbuki həmin malları ABŞ və başqa ölkələr istehsal etməkdə davam edirlər. Yəni “qlobal istiləşmə” adıyla bəzi güclər iqtisadi savaş açıblar bütün dünyaya. Bir daha təkrar edirəm ki, bu oyunu təşkil edən qüvvələr bu üsulla iqtisadi cəhətdən xırda dövlətləri özlərindən asılı vəziyyətə salmaq istəyirlər.

Baxmayaraq ki, prezidentimiz iqtisadi cəhətdən ön sırada getdiyimizi vurğulayıb, hələ də bizə təzyiqlər etməyə çalışırlar. İstəyirlər ki, biz onların çaldığı havaya oynayaq. Mən Avropa Yenidənqurma və İnkişaf Bankının irəli sürdüyü isddiaları doğru olmadığını düşünürəm və onlara inanmamağı məsləhət görərdim. Hər 70 ildən bir havalar gah isinir, gah soyuyur. Bu, Allah-Təalanın təbiətə qoyduğu qanundur.

Telman Zeynalov: ““Qlobal istiləşmə” adıyla bəzi güclər iqtisadi savaş açıblar bütün dünyaya”

Ümumiyyətlə, “qlobal istiləşmə” deyiilən bir şey yoxdur. İqlim dəyişikliyi həmişə olur. Bu dəyişiklik isə Azərbaycanın da ekoloji vəziyyətinə təsir edir. Əgər yağıntı yağmırsa, kənd təsərrüfatı çökür və bu halda qiymətlər qalxır. Nəticədə qiymətlərin qalxması fonunda əhali arasında ac-yalavaclıq genişlənir. Bu tarixən belə olub və belə də davam edəcək. Ekologiyaya süni yolla təsir etmək də doğru deyil. Hər şey öz axarı ilə getməlidir, mərhlələr bir birini əvəz eləməlidir.

Digər tərəfdən yetərincə vəsaitimizin olmaması baxımından kənardan xammal alaraq zavodları, müəssisələri bu və ya digər şəkildə fəaliyyətdə saxlamaq olmur. Ümumilikdə, son dövrlərdə Azərbaycanın ekoloji vəziyyəti yaxşıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar