Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir...” - Araz Ağalarov

Bu günlərdə Rusiyada “Levada” ictimai rəyi öyrənmə mərkəzi araşdırıb ki, ölkənin düzgün istiqamətdə getmədiyini düşünənlərin sayı bunun əksini düşünənlərin sayını üstələyib. (45 faiz və 42 faiz). Sonuncu dəfə rusiyalılar arasında belə əhval 2006-cı ildə hökm sürürdü

“Komsomolskaya pravda” bu mövzunu azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovla müzakirə edib.

Biznesmen deyib ki, yaranmış vəziyyətdə hansısa radikal dəyişikliklər təklif etməyə dəyməz. Və əhalinin bu cür pessimizmə qapılması iqtisadiyyatla, iqtisadi problemlərlə əlaqəlidir.

“İstənilən iqtisadiyyatın əsası sabitlikdir. Siz daim dəyişən parametrlərlə üzləşirsinizsə heç vaxt heç nəyi proqnozlaşdıra, layihələşdirə bilməyəcəksiniz. İstənilən stabilliyin əsası isə milli valyutanın məzənnəsidir. Məzənnə gah 70-ə qalxır, gah 65-ə qədər geriləyir. Mən demirəm ki, məzənnə konkret necə olmalıdır, əsas odur ki, stabil olsun. Budur, hazırda 1 dollar 66 rubl ətrafında tərəddüd edir. Və hər gün yarım faiz qalxır və düşür. Niyə?”-Ağalarov sual edib.

Biznesmen deyib ki, Rusiyada müsbət ticarət saldosu var. Hər gün Mərkəzi Bank birjadan valyuta alır. “Bunu rublun məzənnəsinin stabil olmasını nəzərə almaqla eləmək olar. Və onda stabil məzənnəyə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi və insanların maaşları da uyğunlaşacaq. İndi isə maaşlar daim dəyərdən düşən rublun arxasınca yetişə bilmir. Ötən il rubl 15 faizdən çox dəyərdən düşüb. Və bütün bunlar neqativ əhvala gətirib çıxarır”-Araz Ağalarov qeyd edib.(virtualaz.org)

pia.az


Etiket: Araz Ağalarov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar